“İdman həftəsi”ndə kiber idmandan maraqlı layihə
05.03.2022

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kiber İdman Federasiyası, Gaming League Azerbaijan-nın və TEAS Press nəşriyyat evinin təşkilatçılığı ilə şəhid övladları Bizon Esports Arenada qonaq olub. “İdman həftəsi” çərçivəsində baş tutan tədbirdə şəhid övladları kiber idmanın müxtəlif oyunlarında özlərini geymer kimi sınayıb. 

Maraqlı anlarla yadda qalan tədbirin sonunda uşaqlara Park Cinema və TEAS Pressdən xatirə hədiyyələri təqdim olundu.