˝Əsir düşərgəsi˝ kitabının müzakirəsi və imza günü
25.02.2022

˝LIBRAFF˝ mağazalar şəbəkəsi və ˝TEAS Press˝ nəşriyyat evinin təşkilatçılığı ilə ˝Xocalıya ədalət˝ beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Vüsalə Məmmədovanın ˝Əsir düşərgəsi˝ kitabının müzakirəsi və imza günü baş tutdu.

25 fevralda ˝LIBRAFF˝ın ˝Park Akademiya˝ filialında keçirilən tədbirdə müəllif oxuculara kitabın ərsəyə gəlmə prosesi və hekayələrin yazılma tarixi ilə bağlı ətraflı məlumat verdi. Tədbir iştirakçıları da kitab haqqında öz təəssüratlarını bölüşdülər. Müəllif sonda oxucular üçün kitablarını imzaladı və xatirə fotoları çəkdirdi.

Qeyd edək ki, bu kitabda toplanan doqquz hekayət Qarabağ müharibəsində ermənilərin əsir və girov götürdüyü insanların üzləşdikləri işgəncə və zorakılıqdan, yaşadıqları dəhşətlərdən bəhs edir.

Kitabın məqsədi Qarabağ müharibəsi həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılması yolunda daha bir addım atmaqdır.