˝Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq˝ kitabının təqdimatı və imza günü baş tutdu
07.12.2023

Qeyri-səlis məntiqin yaradıcısı, görkəmli Azərbaycan-amerikan alimi Lütfizadənin xatirəsinə həsr olunan ˝Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq˝ kitabının təqdimatı və imza günü baş tutdu.

Azərbaycanın Xalq yazıçısı, ADU-nun rektoru, akademik Kamal Abdulla və ADNSU BA Proqramlarının direktoru, ˝Zadə irsi və Süni intellekt˝ assosiasiyasının prezidenti, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları kitabın təqdimatı böyük maraqla keçdi. Tədbirdə tanınmış ictimai xadimlər, alimlər və yazıçılar çıxış etdi.

Sonda müəlliflər kitabları imzaladı və xatirə fotoları çəkdirildi.