Milli Mətbuat Günü qeyd olundu
22.07.2022

Milli Mətbuat Gününün yaranmasının 147-ci il dönümündə  “TEAS Press” Nəşriyyat evinin və “LIBRAFF” mağazalar şəbəkəsinin təşkilatçılığı və media nümayəndələrinin iştirakı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib. 

İlk olaraq tədbirdə media nümayəndələrinin daima cəmiyyətimizdə ictimai şüurun, milli-mənəvi dəyərlərimizin fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirildiyi qeyd edilib. 

Daha sonra  “TEAS Press” Nəşriyyat Evinin və “LIBRAFF” mağazalar şəbəkəsinin fəaliyyətlərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin sonunda media nümayəndələrinə “LIBRAFF” mağazalar şəbəkəsi və “TEAS Press” Nəşriyyat Evi  tərəfindən hazırlanan özəl hədiyyələr təqdim olunub.