"Şeyx" kitabı müzakirə olundu
21.01.2023

 

TEAS Press Nəşriyyat evi, LIBRAFF və Origin Book Clubun əməkdaşlığı ilə "Şeyx" kitabının müzakirəsi baş tutdu. 3 saatdan artıq davam edən görüşdə 30-dən çox oxucu iştirak etdi. Müəllif oxuculara kitabın ərsəyə gəlmə prosesi və romanın yazılma tarixi ilə bağlı ətraflı məlumat verdi. Tədbir iştirakçıları da kitab haqqında öz təəssüratlarını bölüşdülər, müəllifə suallar ünvanladılar. Tədbirin sonunda müəllif oxucuların kitablarını imzaladı və iştirakçılarla xatirə fotosu çəkildi.