TEAS Press Nəşriyyat evi “I Sumqayıt Kitab Sərgisi”ndə iştirak etmişdir.
31.10.2021

30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında “I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olunmuşdur.

 

TEAS Press Nəşriyyat evi də sərgi-yarmarkada iştirak etmişdir. Sərgidə 3 alma, Yay kitab nəşrlərinə 30% endirim tətbiq olundu. Eyni zamanda sərgi müddətində Elxan Elatlı, Çingiz Abdullayev, Toğrul Mehdi və Elçin Əzimli ilə oxucularla görüş və imza saatı təşkil olunmuşdur.