TEAS Press Nəşriyyat evi “II Gəncə Kitab Sərgisi”ndə iştirak etdi
14.11.2022

11-13 noyabr tarixlərində Gəncədə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə “II Gəncə Kitab Sərgisi” təşkil olunmuşdur.

Sərgidə kitablara 30%-dək endirim tətbiq olunmuş, məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimləri təşkili olunmuşdur.

Tədbirin təşkilatçılığına görə, ANAİB-ə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təşəkkür edirik.