TEAS Press Nəşriyyat evi “I Gəncə Kitab Sərgisi” ndə iştirak etdi
29.11.2021

26-28 noyabr tarixlərində Gəncədə “Azərbaycan Nəşriyyatları”İctimai Birliyinin (ANİB) təşkilatçılığı ilə “I Gəncə Kitab Sərgisi” təşkil olunmuşdur.

“Nizami Gəncəvi İli”nə həsr edilən sərgidə TEAS Press Nəşriyyat evidə iştirak etmişdir.

Sərgidə kitablara 30%-dək endirim tətbiq olunmuş, məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimləri təşkili olunmuşdur.

Tədbirin təşkilatçılığına görə, ANİB-ə, Mədəniyyət Nazirliyinə, Gəncə Regional Mədəniyyət İdarəsinə, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinə təşəkkür edirik.