TEAS Press Nəşriyyat evi Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir!
17.03.2016

Əziz oxucular!
TEAS Press Nəşriyyat evi Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir!
TEAS Press Nəşriyyat evi və onun "3 alma" uşaq nəşrləri bölməsinin redaksiya heyəti bayram günlərində oxucuları ilə birgə vaxt keçirmək və onları sevindirmək qərarına gəlib.
Kitablarımıza artan marağı nəzərə alaraq "3 alma" uşaq ədəbiyyatı bölməsi martın 20-21-də İçərişəhərdə keçiriləcək yarmarkada öz kitabları ilə oxucularının görüşünə gələcək.
Təşkil olunacaq yarmarkada Siz bizim bütün nəşrlərimizlə tanış ola, hər biri haqqında ətraflı məlumat ala, həmçinin kitablarımıza sahib ola bilərsiniz.
Sizin üçün yaratdığımız bu fürsətdən yararlanın və "3 alma" kitablarına sahib olmağa tələsin!
Oxuyaq - paylaşaq!