˝Əsgərə kitab˝ layihəsi
06.10.2020

"TEAS Press" və ˝LIBRAFF˝ın başlatdığı ˝Əsgərə kitab˝ layihəsi uğurla həyata keçirilir.
 
Layihənin məqsədi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə yaralanan və hərbi klinikalarda müalicə alan qəhrəman əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və həmrəyliyimizi ifadə etməkdir. Göndərilən kitablar müxtəlif janrları əhatə edir.
 
Əziz oxucular, siz də hədiyyə etmək istədiyiniz kitabları Elmlər Akademiyası m/s-nın girişi ilə üzbəüz yerləşən Libraff-ın ˝Park Akademiya˝ filialına yaxınlaşaraq təqdim edə bilərsiniz.
 
Ünvan: Hüseyn Cavid pr.100