TEAS Press Nəşriyyat evi "Əsgərin kitab rəfi" adlı kitab toplama aksiyasına qoşuldu
26.06.2022

TEAS Press Nəşriyyat evi LİBRAFF kitab mağazaları şəbəkəsi ilə birlikdə əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə başladılan “Əsgərin kitab rəfi” aksiyasına qoşuldu.

Elmi, bədii, publisistik və digər janrlarda seçilmiş kitablarımız Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə edilərək işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaqdır.

Kitab hədiyyə etmək istəyənlər həftənin bazar ertəsi - cümə günləri saat 9⁰⁰-dan 17⁰⁰-dək Bakı şəhəri Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 144 ünvanında yerləşən Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına müraciət edə bilər", - nazirlikdən qeyd olunub.

Aksiya 2022-ci il sentyabrın 1-dək davam edəcək.

Əlaqə nömrəsi: (+994 12 537 15 97)