TEAS PRESS Nəşriyyat evi 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək
29.09.2022

TEAS PRESS Nəşriyyat evi 5-9 oktyabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək. Sərgidə iştirakımızın məqsədi kitab və mütaliəni təbliğ edərək populyarlaşdırmaq, ziyarətçiləri yeni çap məhsulları ilə tanış etmək və endirimli qiymətlərlə nəşrlərimizi daha əlçatan etməkdir. Sərginin keçiriləcəyi 5 gün ərzində 12 müəlliflə müxtəlif konseptlərdə iştirakçıları və ziyarətçiləri bir-birindən maraqlı tədbirlərdən ibarət proqramlar gözləyir. Məşhur azərbaycanlı və xarici yazıçılarla sərginin müxtəlif günlərində imza saatları və təqdimatlar keçiriləcəkdir: Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Ramiz Rövşən, məşhur detektiv yazıçı Elxan Elatlı, Türkiyənin tanınmış uşaq yazıçısı Fatih Ərdoğan, Beynəlxalq məktəblərdə təcrübəli təhsil işçisi və tədqiqatçı Françesko Bançini, Azərbaycanda uşaq ədəbiyyatının ən sevilən yazıçıları: Zahid Xəlil, Reyhan Yusifqizı, Sevinc Nuruqızı, Mürşüd İsmayılzadə, Yuliya Kərimova və s.  Eləcə də klassiklərimizin (Maqsud İbrahimbəyov, İsmayıl Şıxlı, Abdulla Şaiq, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli, Tofiq Mahmud, Teymur Elçin) varisləri ilə də görüş keçiriləcək, onların xatirələrindən və kitabların bəhs ediləcəkdir.