TEAS Press nəşriyyatının 3 alma uşaq ədəbiyyatı bölməsi I Uşaq kitab festivalında iştirak etmişdir
03.04.2022

Aprelin 2-3-də Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə  keçirilən “ANAİB I Uşaq Kitab Festivalı”nda 3 alma nəşriyyatı iştirak etmişdir.

Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsinin mükafatlandırma mərasimində 3 alma da qalibləri kitab hədiyyələri ilə təbrik etdi. 

Bundan başqa, tədbirdə yazıçılar Xülya Cəfərova, Fənarə Bünyadzadə, Zahid Xəlil, Şəfəq Mehrəliyeva, Aybəniz İsmayılova, Gülzar İsayeva, Nərmin Mahmudova, Rüfət Qafarov  ilə təqdimat və imza günləri baş tutmuşdur.