Aysel Şıxlı

Aysel Şıxlı
1994-cü ldə Bakıda, yazıçı ailəsində dünyaya gəlib. Hələ uşaqlıqdan özünü bədii sənətin müxtəlif sahələrində sınayıb. Hazırda rəssam və dizayner kimi çalışır, eyni zamanda bədii yaradıcılıqla da məşğul olur. 44 günlük Vətən müharibəsinə həsr etdiyi “Mənəm – Yusif!” hekayəsi böyük uğur qazanıb və “44 fəsil” kitabına daxil edilib. Müəllifin “İşıq” hekayəsi ona növbəti uğuru gətirib və oxucu auditoriyasını bir qədər də genişləndirib. “Qanadsız mələk” yazıçının ilk sevgi romanıdır. Özündə müasir gəncliyin ruhunu daşıyan gənc yazıçı gənclərin sosial həyatını, problemlərini, istək və arzularını, ən əsası isə ülvi hisslərini ustalıqla təsvir edərək maraqlı bir əsər ortaya qoyub. SEVGİ haqqında hər şey bu romanda...