Corc Oruell

Corc Oruell

Corc Oruell

Əsl adı Erik Artur Bleyer olan ingilis yazıçısı Corc Oruell (1903-1950) bütün dünyada daha çox “1984” romanı və “Heyvanıstan” povesti ilə tanınır. O, Hindistanda Britaniya ticarət agentinin ailəsində dünyaya gəlib, kollec təhsili alandan sonra Birmada polis sistemində işləyib. Sonra Böyük Britaniyada və Avropada yaşayıb, ilk əsərlərini də burada yazıb. 1935-ci ildən əsərlərini “Corc Oruell” təxəllüsü ilə çap etdirib. 1936-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsində iştirak edib, faşizmə qarşı döyüşlərdə ağır yaralanıb. Yazıçılıqla yanaşı jurnalistika və publisistika ilə də məşğul olub, çoxsaylı esse və məqalələr yazıb, BBC-də antifaşist verilişlər aparıb. 1945-ci ildə işıq üzü görən “Heyvanıstan” əsərində 1917-ci il rus inqilabından bəhs edilir. İdeya cəhətdən “Heyvanıstan”ın davamı olan “1984” (1949) romanını isə dünyanın gələcəyi barədə həyəcanlı xəbərdarlıq kimi qiymətləndirmək olar. Burada bəşəriyyəti gözləyən təhlükə bədii-fantastik üsulla təqdim edilir. “Böyük Qardaş bizə baxır!” şüarı bütün insanların başı üzərində bir Domokl qılıncı kimi asılıb və bu qılınc insanlığı məhv etmək gücündədir. “1984” 47 yaşında Londonda vərəmdən vəfat edən yazıçının sonuncu əsəridir.

MÜƏLLİFİN KİTABLARI

1984 kitabı, əsəri, nəşri, çap məhsulu

1984

Corc Oruell
ISBN: 9789952563009
Qiymət: 7.90 AZN
Ətraflı »