Daniel Yergin

Daniel Yergin

Daniel Yergin

DANİEL YERGİN energetika, beynəlxalq siyasət və iqtisadiyyat sahəsində nüfuzlu simadır. O bu sahədə aparıcı yer tutan “Cambridge Energy Research Associates” (İSA CERA) məsləhət və tədqiqat firmasının təsisçisi və rəhbəridir. D.Yergin eyni zamanda biznes xəbərləri telekanalı olan CBNC-in qlobal energetika üzrə aparıcı ekspertidir. O, 17 dilə çevrilmiş “Qənimət. Neft, pul və hökmranlıq axtarışının ağlasığmaz hekayəsi” kitabına görə nüfuzlu Pulitzer və “Eccles Prize” mükafatlarına layiq görülüb. Bir nömrəli bestsellerə çevrilmiş bu kitab əsasında PBS/BBC kanalı tərəfindən 8 saatlıq serial çəkilib. Müəllifin qloballaşma və onun çağırışlarından bəhs edən “Commanding Heights: The Battle for the World Economy” və “soyuq müharibə”nin köklərinə dair klassik tarixi qələmə aldığı “Shattered Peace” adlı digər əsərləri də var.

MÜƏLLİFİN KİTABLARI

Qənimət kitabı, əsəri, nəşri, çap məhsulu

Qənimət

Daniel Yergin
ISBN: 9789952313635
Qiymət: 23.90 AZN
Ətraflı »