Raqif Raufoğlu

Raqif Raufoğlu

Raqif Raufoğlu

Raqif Raufoğlu - 1984-cü ildə Bakıda anadan olub. İxtisasca iqtisadçıdır. 2001-ci ildən dövri mətbuatda çıxış edir. Bir müddət “Ənvər Paşa” və “Doqquz iklim” jurnallarının, həm.inin ATV telekanalında yayımlanan “Rəsmilər qeyri-rəsmi” verilişinin redaktoru olub. Azərbaycanın ilk virtual dərnəyinin – “Ölü yazarlar dərnəyi”nin yaradıcılarından biridir. Barak Obamanın “Atamın arzuları” (“Dreams from my father”) kitabını Azərbaycan dilinə çevirərək 2009-cu ildə nəşr etdirib. 2011-ci ildə həmmüəllifi olduğu “ölü yazarlar dərnəyi” kitabı, 2014-cü ildə “Qadağan olunmuş kitab” romanı və “Çirkinlik” əsəri işıq üzü görüb. 2003-cü ildə “Danışa bilsə dünya”, 2020-ci ildə isə “Olar səni qucaqlayım” adlı şeirlər kitabları nəşr olunub. 2009-cu ildən “Azad Azərbaycan” (106.3 FM) radiosunun əməkdaşıdır. Ailəlidir, iki övladı var.

MÜƏLLİFİN KİTABLARI

Ustad kitabı, əsəri, nəşri, çap məhsulu

Ustad

Raqif Raufoğlu
ISBN: 9789952573244
Qiymət: 9.90 AZN
Ətraflı »