Müəllimlər üçün görünən təlim

  • Müəllimlər üçün görünən təlim
    Müəllimlər üçün görünən təlim
    Müəllimlər üçün görünən təlim

Müəllimlər üçün görünən təlim

Con Həttinin yenilikçi “Görünən təlim” kitabında milyonlarla şagirdin iştirak etdiyi və 15 ildən çox davam edən tədqiqatın nəticələri ümumiləşdirilib. Kitabda məktəblərdə təhsilin təkmilləşdirilməsi üçün həqiqətən istifadə edilən, dəlillərə əsaslanan tədqiqatların ən böyük kolleksiyası təqdim olunub. “Müəllimlər üçün görünən təlim” kitabı yeni bir addım ataraq bu yenilikçi konsepsiyaları tamamilə yeni auditoriyalara gətirir. Şagirdlər, gələcək müəllimlər və fəaliyyət göstərən müəllimlər üçün yazılmış bu kitab dünyanın istənilən yerində istənilən sinfə görünən təlim prinsiplərini necə tətbiq etmək lazım olduğunu izah edir. Müəllif indiyə kimi həyata keçirilmiş ən uğurlu tədbirlərin qısa və aydın icmalını verir və görünən təlim və tədrisin sinif otaqlarında uğurla tətbiq olunması üçün bütün mərhələlərin təsvir olunduğu praktik təlimat təklif edir. Bu kitabda: • – tarixin tədris strategiyaları haqqında ən böyük tədqiqat layihəsi bu strategiyaların siniflərdə praktiki baxımdan reallaşdırılması ilə əlaqələndirilir; – həm müəllimlərin, həm də şagirdlərin maraqları qorunur, eləcə də dərslərə hazırlıq, təlimin və dərs zamanı verilən rəylərin izah edilməsi və dərsdən sonrakı məşğələlər daxil olmaqla müxtəlif mərhələlərin təsvir edildiyi təlimat verilir; – müvəffəqiyyət dərəcəsinin artırılmasına yardım etmək üçün yoxlama siyahıları, çalışmalar, nümunələr və ən yaxşı təcrübə ssenariləri təklif edilir; – məktəb liderlərinin işlədikləri müəssisədə görünən təlimi reallaşdırması üçün məktəb üzrə yoxlama siyahıları və məsləhətlər verilir; – bu nəşrdə tədqiqat zamanı istinad edilmiş 900-dən çox mənbənin əlavə meta-təhlili də təqdim olunur; – şagirdlərin həvəsləndirilməsi, kurikulum, meta-koqnitiv strategiyalar, davranışlar, tədris strategiyaları və sinfin idarəedilməsi də daxil olmaqla təlimin müxtəlif sahələri hərtərəfli şəkildə əks olunur. “Məktəbimizdə müvəffəqiyyət dərəcəsini artırmağa necə nail ola bilərik?” sualına dəlillər əsasında cavab vermək arzusunda olan istənilən şagird və ya müəllim “Müəllimlər üçün görünən təlim” kitabını mütləq oxumalıdır.

Azərbaycan dilində

Con Hətti

ISBN: 978-9952-313-73-4

296 səhifə

Ölçü: 174x246 mm

Qiymət: 23.00 AZN

BU KATEQORİYAYA AİD KİTABLAR

Az i Ya kitabı, əsəri, nəşri, çap məhsulu

Az i Ya

Oljas Süleymenov
ISBN: 9789952510805
Qiymət: 14.00 AZN
Ətraflı »
Azərbaycan dilinin frazeoloji lüğəti kitabı, əsəri, nəşri, çap məhsulu

Azərbaycan dilinin frazeoloji lüğəti

Leyla Həmidova
Rəna Məmmədova
Məmməd Qocayev
İlyas Həmidov
ISBN: 978 9952 532 81 4
Qiymət: 30.00 AZN
Ətraflı »
Azərbaycanın bitki aləmi kitabı, əsəri, nəşri, çap məhsulu

Azərbaycanın bitki aləmi

Aydın Əsgərov
ISBN: 9789952494754
Qiymət: 30.80 AZN
Ətraflı »
Gil kitab kitabı, əsəri, nəşri, çap məhsulu

Gil kitab

Oljas Süleymenov
ISBN: 9789952494815
Qiymət: 11.20 AZN
Ətraflı »