Mənim yolum. Berluskoninin həyatı öz dilindən

  • Mənim yolum. Berluskoninin həyatı öz dilindən
    Mənim yolum. Berluskoninin həyatı öz dilindən
    Mənim yolum. Berluskoninin həyatı öz dilindən

Mənim yolum. Berluskoninin həyatı öz dilindən

Səyahət gəmisində müğənnilikdən daşınmaz əmlak kralına, milyarder media maqnatından İtaliyanın indiyə qədər ən uzun müddət hakimiyyətdə olan mübahisəli baş naziri vəzifəsinə qədərki enişli-yoxuşlu yollarla addımlamış Silvio Berluskoninin həyatı güclü qasırğanı xatırladır.
Bəziləri üçün hər şeyə özü nail olmuş şanslı adam, başqaları üçün qadın düşkünü, şəhvət dəlisi və özünə qarşı maraq yaradan opportunist olan bu gözqamaşdırıcı fiqur siyasi spektrin hər iki tərəfində güclü təəssürat və reaksiyalar oyadır - İtaliya elektoratının yarısı ona valehdir, yarısı da nifrət edir, dünyanın yerdə qalan hissəsi üçün isə o, bir tapmaca olaraq qalır.
Berluskoni bir çox mükafatlar almış jurnalist Alan Fridmanla 100 saatdan çox davam edən eksklüziv müsahibəsi zamanı futboldan tutmuş manşetlərə çıxan qalmaqallara, bədnam ad çıxarmış "bunqa-bunqa" ziyafətlərinə qədər bütün mövzular haqda açıq və səmimi danışır. Bununla yanaşı onun söhbəti həm dostlarının, həm də düşmənlərinin, uzun müddət birlikdə çalışdığı həmkarlarının və hər kəsin tanıdığı siyasi rəqiblərinin müsahibələri ilə əvəz olunur.
"Mənim yolum" kitabı Berluskoninin şəxsi həyatının bəzi anlarını, Vladimir Putin, Corc Buş, Toni Bleyer kimi dünya miqyaslı liderlərlə əlbir gördüyü işlərdəki uğurları, polkovnik Qəzzafi ilə şəxsi münasibətlərini, uğursuzluqlarını, eləcə də mafiya ilə əlaqələrinin olduğuna dair şübhələrin arxasındakı həqiqətləri əks etdirir. Əsərin müəllifi müxtəlif mənbələrdən yararlanaraq hadisələri olduğu kimi, bütün təfərrüatları ilə işıqlandırmağa çalışır, çoxuna müəmmalı adam təsiri bağışlayan Berluskoninin gerçək və qeyri-adi həyat hekayəsini danışır...

Azərbaycan dilində

Alan Fridman

ISBN: 9789952513721

Yumşaq üz qabığı

272 səhifə

Ölçü: 155X230 mm

Qiymət: 16.80 AZN

BU KATEQORİYAYA AİD KİTABLAR

Bir ömür iki tale kitabı, əsəri, nəşri, çap məhsulu

Bir ömür iki tale

Şain Sinaria
ISBN: 978 9952 532 89 0
Qiymət: 24.99 AZN
Ətraflı »
Çətin seçimlər kitabı, əsəri, nəşri, çap məhsulu

Çətin seçimlər

Hillari Klinton
ISBN: 978-9952-310-19-1
Qiymət: 26.60 AZN
Ətraflı »
Gündəliklər kitabı, əsəri, nəşri, çap məhsulu

Gündəliklər

Xəlil Rza Ulutürk
ISBN: 978-9952-310-61-0
Qiymət: 20.00 AZN
Ətraflı »
Hitler: insan, yoxsa şeytan? kitabı, əsəri, nəşri, çap məhsulu

Hitler: insan, yoxsa şeytan?

Fransua Ribado Düma
ISBN: 9789952540284
Qiymət: 13.90 AZN
Ətraflı »
İvon Bottonun arzuladığı həyat kitabı, əsəri, nəşri, çap məhsulu

İvon Bottonun arzuladığı həyat

Şain Sinaria
ISBN: 9789952494532
Qiymət: 16.80 AZN
Ətraflı »