Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr

  • Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr
    Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr
    Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr

Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr

Bu kitab Heydər Əliyevin çoxillik titanik fəaliyyətindən, onun hansı keyfiyyətlərinə görə Azərbaycan xalqının Ümummilli lideri hesab olunmasından bəhs edən bir kitabdır. Sovet dövründə azərbaycanlı siyasətçilərin və ziyalıların iki tipi formalaşmışdı. Onlardan bəziləri Moskvanın iradəsinə tabe olaraq xalqın ruslaşdırılması və milli maraqların kommunist ideologiyasına tabe etdirilməsi siyasəti ilə razılaşırdı. Lakin azərbaycanlı siyasətçilərin və ziyalıların başqa bir tipi də var idi. Onlar mövcud vəziyyətlə əlaqədar sovet dövləti və kommunist partiyası strukturları ilə əməkdaşlıq etsələr də, öz qarşılarına xalqın maraqlarını müdafiə etmək, milli şüuru daha da inkişaf etdirmək və gücləndirmək kimi ali məqsədlər qoymuşdular. O zamanlar kommunist partiyasına üzv ola da bilərdin, olmaya da bilərdin, amma bu partiyanın, sovet hakimiyyətinin çox sərt tələb və məhdudiyyətlərinin olduğu şəraitdə öz xalqına xidmət etmək, onun milli maraqlarını qorumaq, demək olar ki, mümkün deyildi. Bunu yalnız ikinci tipə mənsub siyasət.ilər bacarırdı. Heydər Əliyev onların ən parlaq nümayəndəsi idi. Onilliklər boyu hakimiyyətdə olan bu dahi şəxsiyyət öz həyatını milli maraqlar uğrunda mübarizəyə həsr edib, Sovet İttifaqının beynəlmiləlçilik ideologiyasının sərt tələbləri çərçivəsində Azərbaycan xalqının milli şüurunun güclənməsinə nail olub. Bir neçə onillik ərzində yüksək dövlət vəzifələrində çalışan Heydər Əliyev bu fəaliyyəti sayəsində həm öz xalqı, həm də dünyanın aparıcı siyasi xadimləri arasında böyük nüfuz qazanıb.

Azərbaycan dilində

Həsən Həsənov

ISBN: 9789952563276

200 səhifə

Ölçü: 145x205 mm

Yumşaq üz qabığı

Qiymət: 7.90 AZN

MÜƏLLİFİN KİTABLARI

Bakı Qız qalası kitabı, əsəri, nəşri, çap məhsulu

Bakı Qız qalası

Həsən Həsənov
ISBN: 9789952515336
Qiymət: 8.40 AZN
Ətraflı »
Bakı tanrıçılıq kompleksi kitabı, əsəri, nəşri, çap məhsulu

Bakı tanrıçılıq kompleksi

Həsən Həsənov
ISBN: 9789952515398
Qiymət: 9.10 AZN
Ətraflı »
Birinci Respublikaya aparan yolda kitabı, əsəri, nəşri, çap məhsulu

Birinci Respublikaya aparan yolda

Həsən Həsənov
ISBN: 9789952310450
Qiymət: 10.50 AZN
Ətraflı »
Makedoniyalı İsgəndər və Atropat kitabı, əsəri, nəşri, çap məhsulu

Makedoniyalı İsgəndər və Atropat

Həsən Həsənov
ISBN: 9789952515329
Qiymət: 7.70 AZN
Ətraflı »
Top gurultusu altında diplomatiya kitabı, əsəri, nəşri, çap məhsulu

Top gurultusu altında diplomatiya

Həsən Həsənov
ISBN: 9789952563351
Qiymət: 17.90 AZN
Ətraflı »

BU KATEQORİYAYA AİD KİTABLAR

Azadəlik carçısı kitabı, əsəri, nəşri, çap məhsulu

Azadəlik carçısı

Fəridə Əzizova
ISBN: 9789952563344
Qiymət: 14.90 AZN
Ətraflı »
Bir ömür iki tale kitabı, əsəri, nəşri, çap məhsulu

Bir ömür iki tale

Şain Sinaria
ISBN: 9789952532890
Qiymət: 24.99 AZN
Ətraflı »
Böyük insan haqqında xatirələr kitabı, əsəri, nəşri, çap məhsulu

Böyük insan haqqında xatirələr

Vilayət Quliyev
ISBN: 9789952563320
Qiymət: 7.90 AZN
Ətraflı »
Çətin seçimlər kitabı, əsəri, nəşri, çap məhsulu

Çətin seçimlər

Hillari Klinton
ISBN: 9789952310191
Qiymət: 26.60 AZN
Ətraflı »
Əbədiyaşar məhəbbət kitabı, əsəri, nəşri, çap məhsulu

Əbədiyaşar məhəbbət

Elmira Axundova
ISBN: 9789952563184
Qiymət: 14.90 AZN
Ətraflı »