Tədqiqat metodları
Tədqiqat metodları
Qarşınızdakı bu kitab sosial tədqiqatlar aləminə girişdir. Kitab praktiki vəsait olub, metodologiya elminin nəzəri aspektlərini öyrənməyə çalışan, müstəqil surətdə və komanda şəklində tədqiqat aparmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Ali təhsil müəssisələrində təhsil alan və dissertasiya işi yazmaq məqsədilə tədqiqat aparan araşdırmaçılar da bu əsərdən faydalana bilər. Kitabda tədqiqat prosesinin bütün mərhələləri barədə hərtərəfli məlumatlar təqdim olunur. Bu araşdırmanın başlıca məqsədi sosial tədqiqat aparmaqda maraqlı olan şəxslərə proses barədə mümkün qədər yığcam, amma dolğun və müfəssəl məlumatlar və dəqiq istiqamət verməkdir. Kitabda müxtəlif sosial tədqiqat metodlarının təsviri verilir, hər bir metodun üstün və zəif cəhətləri barədə mülahizələr öz əksini tapır. Hər bir metodun daha yaxşı başa düşülməsi üçün onların real dünyada tətbiqinə dair konkret nümunələr də verilir.
Azərbaycan dilində
ISBN: 9789952520729
Çap tarixi: 2019, 2025
340 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 148X210 mm