Folun bir addımlığında

  • Folun bir addımlığında
    Folun bir addımlığında
    Folun bir addımlığında

Folun bir addımlığında

"...Elə bu an hardasa ağacların arxasından bir kişi göründü. Onun əlində nəsə parıldadı və Dronqo anındaca reaksiya verdi. O, Reçeli var gücü ilə kolluğa itələdi. Kişi tapançanı havaya qaldırdı. Ay işığında parlayan tapançanın lüləsində səsboğucu vardı. Astadan şıqqıltı səsi eşidiləndə Dronqo digər tərəfə tullandı. Güllələr bir-birinin ardından arxalarındakı ağacın üstünə yağdı. Reçel uzanıb qalmışdı. Qatil ehtiyatla onlara tərəf addımladı. Dronqo dişlərini sıxdı. Yıxılarkən çiynini bərk zədələmişdi, amma indi inildəmək olmazdı. Hər ötən saniyədə qatil bir az da yaxınlaşırdı. Reçel susurdu. Olmaya qadın gülləyə tuş gəlmişdi?! Bu ola bilməz, sadəcə ola bilməz! Qatil lap yaxında idi..."

Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Folun bir addımlığında" adlı romanında hadisələr Türkiyədə cərəyan edir.
Sankt-Peterburqun "Dinamo" futbol klubu Türkiyədə bir həftəlik təlim-məşq toplanışı keçirir. Futbolçuların qaldığı hotelin barında komandanın baş məşqçisi təsadüfən uzaq tanışı, cinayət məsələləri üzrə məşhur ekspert Dronqo ilə rastlaşır. Fürsəti fövtə verməyən baş məşqçi xəfiyyədən kömək istəyir. Sən demə, hər oyun öncəsi qapıçı Yepifantsev özünü pis hiss edirmiş. Sonuncu dəfə isə onun stəkanında çox güclü təsirə malik dərmanın qalıqlarını aşkarlayırlar. Deyəsən, qapıçını zəhərləməyə çalışmışdılar... Daha sonra komandanın həkimi müəmmalı şəkildə ölür, ardınca da ekspertin özünü güllələmək istəyən mafiya üzvləri peyda olur... Dronqo bunun rəqiblərin fitnə-fəsadı olduğunu ehtimal edir. Ekspert necə yanıldığını kaş bilsəydi...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azərbaycan dilində

Çingiz Abdullayev

ISBN: 9789952515251

Yumşaq üz qabığı

264 səhifə

Ölçü: 120x185 mm

Qiymət: 8.40 AZN

MÜƏLLİFİN KİTABLARI

Ailə sirləri kitabı, əsəri, nəşri, çap məhsulu

Ailə sirləri

Çingiz Abdullayev
ISBN: 9789952515268
Qiymət: 8.40 AZN
Ətraflı »
Alqış sədaları altında ölüm kitabı, əsəri, nəşri, çap məhsulu

Alqış sədaları altında ölüm

Çingiz Abdullayev
ISBN: 9789952515497
Qiymət: 8.40 AZN
Ətraflı »
Böyük oyun kitabı, əsəri, nəşri, çap məhsulu

Böyük oyun

Çingiz Abdullayev
ISBN: 9789952515107
Qiymət: 8.90 AZN
Ətraflı »
Bumeranq zərbəsi kitabı, əsəri, nəşri, çap məhsulu

Bumeranq zərbəsi

Çingiz Abdullayev
ISBN: 9789952513936
Qiymət: 8.40 AZN
Ətraflı »
Cənub Rapsodiyası kitabı, əsəri, nəşri, çap məhsulu

Cənub Rapsodiyası

Çingiz Abdullayev
ISBN: 978-9952-310-87-0
Qiymət: 9.50 AZN
Ətraflı »

BU KATEQORİYAYA AİD KİTABLAR

13 müəmma kitabı, əsəri, nəşri, çap məhsulu

13 müəmma

Aqata Kristi
ISBN: 9789952532968
Qiymət: 7.90 AZN
Ətraflı »
Adsız tablo kitabı, əsəri, nəşri, çap məhsulu

Adsız tablo

Elxan Elatlı
ISBN: 9789952563108
Qiymət: 7.90 AZN
Ətraflı »
Ailə sirləri kitabı, əsəri, nəşri, çap məhsulu

Ailə sirləri

Çingiz Abdullayev
ISBN: 9789952515268
Qiymət: 8.40 AZN
Ətraflı »
Alqış sədaları altında ölüm kitabı, əsəri, nəşri, çap məhsulu

Alqış sədaları altında ölüm

Çingiz Abdullayev
ISBN: 9789952515497
Qiymət: 8.40 AZN
Ətraflı »
Alternativ əməliyyat kitabı, əsəri, nəşri, çap məhsulu

Alternativ əməliyyat

Elxan Elatlı
ISBN: 9789952540758
Qiymət: 8.90 AZN
Ətraflı »