Dzen buddizm və psixoanaliz

  • Dzen buddizm və psixoanaliz
    Dzen buddizm və psixoanaliz
    Dzen buddizm və psixoanaliz

Dzen buddizm və psixoanaliz

Əlinizdə tutduğunuz kitab 1957-ci ildə Meksikada psixoanalitiklərin dzen buddizm mövzusunda təşkil etdikləri elmi konfransın materialları əsasında meydana çıxıb. O zamandan dünyanın əksər dillərinə tərcümə olunmuş kitab dzen buddizmin elmi araşdırılması baxımından ən dəyərli mənbələrdən hesab olunur. Kitabın tərtibçisi neofreydizmin parlaq simalarından olan Erix Frommdur. Yeri gəlmişkən, o həm də əsərə salınmış üç məqalədən birinin müəllifidir. Digər psixoanalitik araşdırma meksikalı psixoloq Riçard De Martinoya məxsusdur. De Martino dzen monastırlarında bilavasitə müşahidələr aparmış və Şərqin bu ruhani-fəlsəfi fenomeninin praktiki tərəflərinin psixoanalitik təsvirini verməyə çalışmışdır.

Üçüncü müəllif isə yapon dzen ustadı Daisetsu Teitaro Suzukidir. Əslində, həmin konfransın baş tutmasının əsas səbəbkarı da odur. Məsələ ondadır ki, Qərb dünyası dzen buddizmi məhz Suzukinin kitabları və mühazirələri vasitəsilə tanıyıb. Bu səbəbdən də konfransın mərkəzi çıxışı məhz onun idi. Suzuki buddizmin mistik cərəyanı olan dzeni birbaşa həmin fəlsəfənin daşıyıcısı kimi təqdim edir və çıxışını dzen ədəbiyyatından zəngin iqtibaslarla təchiz edir ki, bu da əlinizdə tutduğunuz kitabın dəyərini bir daha artırır.

Azərbaycan dilində

Riçard De Martino
Erix Fromm
D.T.Suzuki

ISBN: 9789952310054

228 səhifə

Qiymət: 8.40 AZN

BU KATEQORİYAYA AİD KİTABLAR

Daosizm kitabı, əsəri, nəşri, çap məhsulu

Daosizm

Çjuan Tzı
Lao Tzı
ISBN: 9789952520859
Qiymət: 5.60 AZN
Ətraflı »
Dərvişlərin hekayətləri kitabı, əsəri, nəşri, çap məhsulu

Dərvişlərin hekayətləri

İdris Şah
ISBN: 9789952310801
Qiymət: 8.50 AZN
Ətraflı »