Cənnətin qılıncları

  • Cənnətin qılıncları
    Cənnətin qılıncları
    Cənnətin qılıncları

Cənnətin qılıncları

Lesli Blanşın "Cənnətin qılıncları" əsəri Qafqaz motivləri üzərində qurulmuş tarixi romandır. Müəllif bölgənin Rusiya tərəfindən işğal edilməsi kampaniyasını bu proseslə bağlı olayların o dövrün siyasi çəkişmələrinin kontekstində, ictimai-siyasi və mədəni mühitləri təsvir və müqayisə etməklə yanaşı, Mürid müharibələri dövrünün məşhur fiqurlarının portretini yaradıb.

Şamil nəhəng Rusiya imperiyasına qarşı inanılmaz dərəcədə sarsılmaz və davamlı mübarizə apararaq ona kəskin zərbələr vurmuşdur. Təxminən 600 min rusiyalının məhvinə səbəb olmuş və təxminən 40 il davam etmiş bu mübarizədə Dağıstan Aslanı kimi təqdim olunan böyük sərkərdə Şeyx Şamilin uğurlarının başlıca səbəbi, insan kimi fərdi xüsusiyyətləri, ailə həyatı, ömrünün ruslara təslim olduqdan sonrakı hissəsi və digər başqa, olduqca maraqlı mövzular kitabda geniş əks olunmuşdur.

L.Blanş bu əsərdə gah tarixçi, gah mədəniyyətşünas, gah da ədib kimi görünür: bəzən yurdumuzda bələdçimizə oxşayacaq; bəzən ədəbi tənqidçi olub Qafqazla bağlı əsərləri saf-çürük edəcək; hətta oxucunu bu bölgədə baş vermiş hadisələrdən ilhamlandırıb yeni bir əsər yaratmağa həvəsləndirəcək, hazır süjet formulları, ideyaları verəcək birisinə. Məqsəd aydındır: Yazıçı hadisələri, mühiti fraqment kimi deyil, küll halında təqdim etməyə çalışıb.

Müəllif əsərdə Şərq, rus və Avropa ədəbiyyatından, müxtəlif səyahətnamələrdən, o dövrün canlı şahidlərinin xatirələrindən, əsas iştirakçılarının nəvə-nəticələrinin söhbətlərindən romanı daha maraqlı və oxunaqlı edəcək xeyli sitat gətirib.

Dəyərli oxucu kifayət qədər maraqlı olan bu əsərdən olduqca böyük zövq alacaq.

Azərbaycan dilində

Lesli Blanş

ISBN: 9789952494761

Yumşaq üz qabığı

568 səhifə

Ölçü: 147x210 mm

Qiymət: 16.80 AZN

MÜƏLLİFİN KİTABLARI

Сабли рая kitabı, əsəri, nəşri, çap məhsulu

Сабли рая

Lesli Blanş
ISBN: 9789952510641
Qiymət: 16.80 AZN
Ətraflı »

BU KATEQORİYAYA AİD KİTABLAR

Armed Mişel kitabı, əsəri, nəşri, çap məhsulu

Armed Mişel

Elxan Elatlı
ISBN: 9789952532692
Qiymət: 8.90 AZN
Ətraflı »
Centlmen Moskvada kitabı, əsəri, nəşri, çap məhsulu

Centlmen Moskvada

Amor Toulz
ISBN: 9789952310832
Qiymət: 12.80 AZN
Ətraflı »
Əsir düşərgəsi kitabı, əsəri, nəşri, çap məhsulu

Əsir düşərgəsi

Vüsalə Məmmədova
ISBN: 9789952513899
Qiymət: 6.90 AZN
Ətraflı »
Məhsəti kitabı, əsəri, nəşri, çap məhsulu

Məhsəti

Cavi Dan
ISBN: 9789952313680
Qiymət: 8.00 AZN
Ətraflı »
Məsihin qapısı kitabı, əsəri, nəşri, çap məhsulu

Məsihin qapısı

Filip Le Roy
ISBN: 9789952310863
Qiymət: 12.90 AZN
Ətraflı »