Martin İden

  • Martin İden
    Martin İden
    Martin İden

Martin İden

"Martin İden" Cek Londonun sayca 21-ci romanıdır və avtobioqrafik xarakter daşıyır. Yazıçı romanda şəxsiyyətin mənəvi süqutuna çıraq tutur. Martin İden mənsub olduğu sosial təbəqədən qopub yad cisim kimi burjua dünyasına düşür, Morzlar ailəsi onun mənəvi aləmini tar-mar edir. Martin İden Cek Londonun özüdür və ən dəhşətlisi də budur ki, yazıçı bu romanda öz sonunu dəqiqliklə təsvir edib. "Martin İden" cəsarətin, gücün, ümidin, inamın, ağlın, sevginin, əməyin romanıdır. Adi bir matros olan Martin "iynə ilə gor qazaraq" dövrünün ən məşhur yazıçısına çevrilir. Ruf üçün, sevdiyi qadın üçün... Bəs Martinin itirdiyi cənnət və ya qazandığı cəhənnəm nələrdən ibarətdir? Hansı Martin daha xoşbəxt idi? "Martin İden"in özünəməxsus sehri var və çox az adam bu sehrdən yayına bilir. Romanı oxuyan insanlarda yazıçı olmağa böyük həvəs yaranır. Bir çox məşhur yazıçılara stimul verən məhz bu əsər olub. Kitabı əlinizdən yerə qoymaq o qədər də asan olmayacaq və təsirindən uzun müddət, bəlkə də, bir ömür boyu çıxa bilməyəcəksiniz.

Azərbaycan dilində

Cek London

ISBN: 9789952310344

450 səhifə

Ölçü: 130x198 mm

Yumşaq üz qabığı

Qiymət: 8.90 AZN

BU KATEQORİYAYA AİD KİTABLAR

12 stul kitabı, əsəri, nəşri, çap məhsulu

12 stul

Yevgeni Petrov, İlya İlf
ISBN: 9789952313598
Qiymət: 11.00 AZN
Ətraflı »
1984 kitabı, əsəri, nəşri, çap məhsulu

1984

Corc Oruell
ISBN: 9789952563009
Qiymət: 9.90 AZN
Ətraflı »
Ağ bayraqlar kitabı, əsəri, nəşri, çap məhsulu

Ağ bayraqlar

Nodar Dumbadze
ISBN: 9789952310320
Qiymət: 4.90 AZN
Ətraflı »
Ağ qvardiya kitabı, əsəri, nəşri, çap məhsulu

Ağ qvardiya

Mixail Bulqakov
ISBN: 9789952310740
Qiymət: 9.00 AZN
Ətraflı »
Allah olmaq çətindir kitabı, əsəri, nəşri, çap məhsulu

Allah olmaq çətindir

Arkadi və Boris Struqatski
ISBN: 9789952515466
Qiymət: 5.60 AZN
Ətraflı »