İradə gücünün instinkti

  • İradə gücünün instinkti
    İradə gücünün instinkti
    İradə gücünün instinkti

İradə gücünün instinkti

Sağlamlıq üzrə mütəxəssis, psixoloq Kelli Makqoniqalın işi insanlara stressin öhdəsindən gəlmək və həyatlarında pozitiv dəyişikliklər etməyə kömək göstərməkdir. Ö, tələbələrinin seçimə nəzarət uğrunda apardığı mübarizəni illərlə müşahidə edəndən sonra anladı ki, insanların iradə gücü barədə inandıqlarının əksəriyyəti onların uğurlarını əslində sabotaj edir. Məsələn, iradə gücünü ləyaqət kimi görməyimiz bizi ən ciddi hədəflərimizdən yayındıra bilər.
Makqoniqal bunun əvəzində tələbələrinə özünənəzarətə təsir edən bioloji funksiyaları, əqli tələləri və sosial amilləri anlamağı təklif edir. O, psixologiya, neyrologiya və iqtisadiyyat kimi sahələrin ən son yeniliklərindən istifadə edərək Stenford Universiteti Davamlı Araşdırma Proqramı üçün "İradə gücü elmi" adlı kurs yaratdı. Tələbələr onu həyatı dəyişdirən kurs kimi təsvir edirlər. Bu kurs "İradə gücünün instinkti" kitabının əsasıdır. Bu kitab "əsl iradə gücü nədir, o necə işləyir və niyə vacibdir" suallarına cavab vermək üçün anlaşıqlı struktur qurur.
Öz diqqətimizə nəzarət etmək bacarığımız, emosiyalarımız, iştahamız və davranışımız təkcə bizim sağlamlığımıza, maliyyə təminatımıza, əlaqələrimizə və peşəkar uğurumuza təsir etmir. Onları həm də təlimləndirmək mümkündür. "İradə gücünün instinkti" məqsədlərimizi müəyyən etmək, özünənəzarəti gücləndirmək və bir ömür dəyişiklik etmək üçün bizə addım-addım irəliləməyə imkan verən proqram təqdim edir. Bu dəyişikliyin nə olmasının fərqi yoxdur: bunlar arıqlamaq, maliyyə vəziyyətinin yaxşılaşdırılması, stressin azaldılması, təxirəsalınmaların qarşısının alınması, yaxşı valideyn olmaq, yaxud da diqqətin toplanması kimi məsələlər ola bilər.

Azərbaycan dilində

Kelli Makqoniqal

ISBN: 9789952310283

Yumşaq üz qabığı

324 səhifə

Ölçü: 148x210 mm

Qiymət: 14.00 AZN

BU KATEQORİYAYA AİD KİTABLAR

Danışığınla həyatı qazan kitabı, əsəri, nəşri, çap məhsulu

Danışığınla həyatı qazan

Cəlalə Nəzəroğlu
ISBN: 978 9952 468 72 4
Qiymət: 13.00 AZN
Ətraflı »
Hüdudsuz güc kitabı, əsəri, nəşri, çap məhsulu

Hüdudsuz güc

Entoni Robbins
ISBN: 978 9952 532 319
Qiymət: 14.00 AZN
Ətraflı »
İblislərlə dolu dünya elmin şam işığında kitabı, əsəri, nəşri, çap məhsulu

İblislərlə dolu dünya elmin şam işığında

Karl Saqan
ISBN: 978-9952-310-24-5
Qiymət: 13.90 AZN
Ətraflı »
Mifin qısa tarixi kitabı, əsəri, nəşri, çap məhsulu

Mifin qısa tarixi

Karen Armstronq
ISBN: 978-9952-520-92-7
Qiymət: 5.60 AZN
Ətraflı »
Özünüqiymətləndirmənin 6 prinsipi kitabı, əsəri, nəşri, çap məhsulu

Özünüqiymətləndirmənin 6 prinsipi

Nataniel Brenden
ISBN: 978 9952 313 57 4
Qiymət: 14.00 AZN
Ətraflı »