Bu dünyanın hər sifəti

  • Bu dünyanın hər sifəti
    Bu dünyanın hər sifəti
    Bu dünyanın hər sifəti

Bu dünyanın hər sifəti

Bu kitabda mənim uzun illərdən bəri bir çox filmlərə, tamaşalara yazdığım şeir və mahnı mətnlərindən seçmələri və “Dərs” adlı pyesimi oxuyacaqsınız.

Əksəriyyəti yumor və ironiya ilə dolu olan bu “gülməli” şeirlər və mahnı mətnləri mənim əvvəlki kitablarımdakı ciddi, bəzən hətta “ağlamalı” şeirlərimi sevən oxucularıma hədiyyəmdir.

Oxuyun, gülün, düşünün və mənim haçansa bu mahnılar üzərində birgə işlədiyim, təəssüf ki, çoxu artıq haqq dünyasında olan görkəmli bəstəkarlarımızı bir daha xatırlayın.

 

Mən bu ağlamalı, mən bu gülməli

    dünyaya ağlayıb-gülməyə gəldim.

Bir dünya tapılmaz bundan ölməli,

    mən də tamahlanıb ölməyə gəldim.

 

Hələ bu dünyada izim yoxuydu,

Hər şeyi görürdüm, gözüm yoxuydu,

Hələ ruhum vardı, özüm yoxuydum,

    mən bura özümü görməyə gəldim.

 

Mənə də yer çatar, dünya dar deyil,

Biz balıq deyilik, dünya tor deyil,

“Allah göydən baxır, Allah kor deyil!..” –

    sizə bunu xəbər verməyə gəldim.

Azərbaycan dilində

Ramiz Rövşən

ISBN: 9789952532876

Yumşaq üz qabığı

164 səhifə

Ölçü: 120x185 mm

Qiymət: 9.90 AZN

MÜƏLLİFİN KİTABLARI

Köhnə qorxular kitabı, əsəri, nəşri, çap məhsulu

Köhnə qorxular

Ramiz Rövşən
ISBN: 9789952540383
Qiymət: 9.90 AZN
Ətraflı »
Sevgi açarı kitabı, əsəri, nəşri, çap məhsulu

Sevgi açarı

Ramiz Rövşən
ISBN: 9789952313697
Qiymət: 13.00 AZN
Ətraflı »

BU KATEQORİYAYA AİD KİTABLAR

Gülümsə kitabı, əsəri, nəşri, çap məhsulu

Gülümsə

Firdovsi Rəsulov
ISBN: 9789952532708
Qiymət: 5.99 AZN
Ətraflı »
Köhnə qorxular kitabı, əsəri, nəşri, çap məhsulu

Köhnə qorxular

Ramiz Rövşən
ISBN: 9789952540383
Qiymət: 9.90 AZN
Ətraflı »
Mavigözlü ögey ana kitabı, əsəri, nəşri, çap məhsulu

Mavigözlü ögey ana

Zülfüqar Rüfətoğlu
ISBN: 9789952313406
Qiymət: 6.00 AZN
Ətraflı »
Payız adamı kitabı, əsəri, nəşri, çap məhsulu

Payız adamı

Mehman Rəsulov
ISBN: 9789952310764
Qiymət: 6.00 AZN
Ətraflı »
Sevgi açarı kitabı, əsəri, nəşri, çap məhsulu

Sevgi açarı

Ramiz Rövşən
ISBN: 9789952313697
Qiymət: 13.00 AZN
Ətraflı »