Qara libaslı qadın

Qara libaslı qadın

  Syuzan Hill

“Mən ki kabuslara inanmazdım...”

Missis Elis Drablounun dəfnində çox az adam iştirak edir. Onların arasında qadının bircə yaxın qohumu belə yoxdur. Yalnız dəfn bürosunun işçiləri, orada könülsüz iştirak edən bir yerli məmur və londonlu vəkil Artur Kips var, vəssalam. Artur Kips tərki-dünya qadının tək-tənha yaşadığı və canını tapşırdığı yerə – tez-tez qatı dumana bürünən bataqlığın ortasında yerləşən və yerli əhalini vahiməyə salan İl Marş malikanəsinə getməlidir.
Gənc mister Kips missis Drablounun kimsəsiz evində bütün gecəni onun vəsiyyətnaməsini axtarmaq kimi darıxdırıcı işlə məşğul olacağını güman edir. Amma sən saydığını say, gör fələk nə sayır... Malikanəyə aparan yeganə tökmə yol qabarma nəticəsində su altında qalandan sonra bu məşum adada baş verənlər londonlu qonağın ödünü ağzına gətirəcək...

Azərbaycan dilində
ISBN: 9789952510577
Yumşaq üz qabığı
176 səhifə
Ölçü: 129x90 mm
MÜƏLLİFİN KİTABLARI

  Syuzan Hill


ISBN: 978-9952-510-98-0
BU KATEQORİYAYA AİD KİTABLAR
Bernar.Verber
ISBN: 978-9952-310-90-0

  Syuzan Hill


ISBN: 978-9952-510-98-0
Bernar Verber
ISBN: 9789952515275