Gənc Stalin

  • Gənc Stalin
    Gənc Stalin
    Gənc Stalin

Gənc Stalin

Amansız çar rejiminin təhlükəsizlik sisteminə yol tapa bilən bacarıqlı casus, cəsur inqilabçı, müdrik siyasətçi, cəsarətli maxinator, səriştəli siyasi təşkilatçı, qətiyyətli redaktor, əfsanəvi bank soyğunçusu, şair, ruhani-seminarist, ailə başçısı, qadınlarını və nikahdankənar övladlarını "uf" demədən atıb getməyə meyilli ipiqırıq məşuq...
Britaniyalı tarixçi və jurnalist Saymon Sebaq Montefiore keçmiş sovet diktatoru İosif Stalini məhz belə görür və təsvir edir.
Stalin haqda indiyədək çoxsaylı əsərlər yazılıb, onun siyasi və psixoloji portreti az qala bütün rakurslardan çəkilib. Amma adını tarixə əbədi həkk etmiş digər tiranlardan fərqli olaraq Stalinin həyatının erkən mərhələləri, uşaqlıq, yeniyetməlik və gənclik illəri barədə əsərlər çox azdır. Buna görə də Stalinin adı ətrafındakı qalın sirr pərdəsi hələ də qalır.
İosif Cuqaşvili kim idi, necə bir ailədə doğulmuş, hansı mühitdə tərbiyə almışdı? Valideynləri kim idi, şəcərəsi haqda nələr məlumdur? Onun uşaqlığı, yeniyetməliyi, gəncliyi necə keçmişdi? Küçə davalarında bərkdən-boşdan çıxmış bu çəlimsiz, amma inadkar uşaq necə oldu ki, dünyanın aparıcı qəzetlərinin manşetlərinə düşən hay-küylü bank qarətlərinin qəhrəmanına çevrildi? Sonradan ideal kommunist, "bir nömrəli" ateist kimi tanınacaq gənc İosifi ruhani olmağa vadar edən səbəblər hansılar idi? Qadınlar "Soso" deyə əzizlənən bu çılğın qafqazlının həyatında hansı yeri tuturdu? Onun əslində neçə həyat yoldaşı, sevgilisi və nikahdankənar övladı olmuşdu?
Montefiorenin çoxillik araşdırmalarının məhsulu olan "Gənc Stalin" əsərində məhz bu suallara cavab axtarılır.
Tarixçilərin, politoloq və siyasətşünasların xüsusilə böyük marağına səbəb olacaq bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azərbaycan dilində

Saymon Sebaq Montefiore

ISBN: 9789952513707

584 səhifə

Ölçü: 148X210 mm

Qiymət: 16.80 AZN

MÜƏLLİFİN KİTABLARI

Böyük Yekaterina və Potyomkin kitabı, əsəri, nəşri, çap məhsulu

Böyük Yekaterina və Potyomkin

Saymon Sebaq Montefiore
ISBN: 9789952520989
Qiymət: 19.60 AZN
Ətraflı »
Romanovlar kitabı, əsəri, nəşri, çap məhsulu

Romanovlar

Saymon Sebaq Montefiore
ISBN: 9789952515312
Qiymət: 23.80 AZN
Ətraflı »
Stalin: qırmızı çarın sarayı kitabı, əsəri, nəşri, çap məhsulu

Stalin: qırmızı çarın sarayı

Saymon Sebaq Montefiore
ISBN: 9789952515114
Qiymət: 21.00 AZN
Ətraflı »
Yerusəlim kitabı, əsəri, nəşri, çap məhsulu

Yerusəlim

Saymon Sebaq Montefiore
ISBN: 9789952520576
Qiymət: 21.00 AZN
Ətraflı »

BU KATEQORİYAYA AİD KİTABLAR

1-ci Dünya müharibəsinin şəkilli tarixi kitabı, əsəri, nəşri, çap məhsulu

1-ci Dünya müharibəsinin şəkilli tarixi

Endryu Uist
ISBN: 9789952510652
Qiymət: 23.80 AZN
Ətraflı »
2-ci Dünya müharibəsinin şəkilli tarixi kitabı, əsəri, nəşri, çap məhsulu

2-ci Dünya müharibəsinin şəkilli tarixi

Ouen But
Con Uolton
ISBN: 9789952510669
Qiymət: 23.80 AZN
Ətraflı »
Azərbaycan Cümhuriyyəti tələbələri kitabı, əsəri, nəşri, çap məhsulu

Azərbaycan Cümhuriyyəti tələbələri

Ədalət Tahirzadə
Oğuztoğrul Tahirli
ISBN: 9789952494556
Qiymət: 35.00 AZN
Ətraflı »
Azərbaycan Gündəliyi kitabı, əsəri, nəşri, çap məhsulu

Azərbaycan Gündəliyi

Tomas Qolts
ISBN: 9789952310160
Qiymət: 16.00 AZN
Ətraflı »
Azərbaycan mühacirəti tarixi kitabı, əsəri, nəşri, çap məhsulu

Azərbaycan mühacirəti tarixi

Xaləddin İbrahimli
ISBN: 9789952494570
Qiymət: 8.40 AZN
Ətraflı »