Anacan, mən böyüyürəm

  • Anacan, mən böyüyürəm
    Anacan, mən böyüyürəm
    Anacan, mən böyüyürəm

Anacan, mən böyüyürəm

Əziz anam!
Məni bapbalaca bir bələkdə evə gətirdiyin günü xatırlayırsanmı? Mənə aldığın paltarlar əynimə hələ çox böyük idi. Bəlkə də balaca bədənimə baxıb necə böyüyəcəyimi fikirləşirdin. Hətta bəlkə də bir az qorxmuşdun. Amma o gündən aylar keçib və mənim bir yaşım tamam olub.
İndi səninlə birlikdə ikimiz üçün də yeni olan bir dövrə qədəm basırıq. Artıq mən çağalıqdan uşaqlıq mərhələsinə doğru sürətlə gedən balaca bir "tədqiqatçı"yam...
Əlbəttə ki, mənimlə birlikdə sənin həyəcanın, narahatlığın və problemlərin də böyüyür. Xoşbəxt və qayğısız yaşamağım üçün hər şeyin qaydasında olmasını istəyirsən.
Narahat olma, anacan, bu məsələdə ən böyük köməkçin yenə də elə mən özüm olacam. Mənə qulluq etməkdən tutmuş qidalanmağıma, oyunlarımdan ta fiziki inkişafıma qədər bir çox məsələlər barədə xeyli məlumatın olmalıdır. Onların hamısını sənə elə mən özüm verəcəyəm. Bu kitabda sənin ehtiyac duyduğun bütün məlumatlar var.

"Böyüklərimizin bu mənada bir sözü var: "Valideyn olmaq asandır, əsas odur ki, valideynlik edə biləsən".
Valideyn olmağın məsuliyyət tələb edən cəhətlərindən biri də uşaqların hansı yaş dövründə nəyə ehtiyacının olduğunu bilməkdir.
Kitabın süjeti boyunca iki fundamental suala cavab tapacaqsınız: "Uşağımdan hansı ayda (və ya yaşda) nə gözləməliyəm?" və "İnkişafının bu dövründə onunla necə davranmalıyam?"
Bu iki suala düzgün cavab verən valideynlər uşaqlarına da ən böyük yaxşılığı etmiş olacaqlar. Bu cür qiymətli kitabı biz valideynlərə təqdim etdiyi üçün Hatice xanıma təşəkkür edir, bütün oxuculara zövqlü qiraət arzulayıram".
Pedaqogika dərnəyinin rəhbəri, pedaqoq-ekspert Mehmet Teber

Azərbaycan dilində

Hatice Kübra Tonqar

ISBN: 9789952515091

Yumşaq üz qabığı

288 səhifə

Ölçü: 170x123 mm

Qiymət: 16.80 AZN

MÜƏLLİFİN KİTABLARI

Anacan, məni tanıyırsanmı? kitabı, əsəri, nəşri, çap məhsulu

Anacan, məni tanıyırsanmı?

Hatice Kübra Tonqar
ISBN: 9789952515077
Qiymət: 16.80 AZN
Ətraflı »

BU KATEQORİYAYA AİD KİTABLAR

1-3 yaşlı uşaqlar: Faydalı məsləhətlər generatoru kitabı, əsəri, nəşri, çap məhsulu

1-3 yaşlı uşaqlar: Faydalı məsləhətlər generatoru

Larisa Surkova
ISBN: 9789952520606
Qiymət: 5.90 AZN
Ətraflı »
8-13 yaş: Uşağın ən çətin dövrü kitabı, əsəri, nəşri, çap məhsulu

8-13 yaş: Uşağın ən çətin dövrü

Larisa Surkova
ISBN: 9789952520590
Qiymət: 5.90 AZN
Ətraflı »
Anacan, məni tanıyırsanmı? kitabı, əsəri, nəşri, çap məhsulu

Anacan, məni tanıyırsanmı?

Hatice Kübra Tonqar
ISBN: 9789952515077
Qiymət: 16.80 AZN
Ətraflı »
Annabel Karmelin körpələr üçün yeni yemək reseptləri kitabı, əsəri, nəşri, çap məhsulu

Annabel Karmelin körpələr üçün yeni yemək reseptləri

Annabel Karmel
ISBN: 9789952313666
Qiymət: 12.50 AZN
Ətraflı »
Evdə Montessori təlimi kitabı, əsəri, nəşri, çap məhsulu

Evdə Montessori təlimi

Elizabet Heynstok
ISBN: 9789952520903
Qiymət: 4.90 AZN
Ətraflı »