Daxil ol

Qeydiyyat

Adı *
Soyadı *
Email *
Ölkə *
Şəhər *
Ünvan *
Poçt indeksi *
Tel. *
Şifrə *
Şifrəni təkrar daxil edin *

DƏYİŞİKLİKLƏRİN İDARƏ EDİLMƏSİ

DƏYİŞİKLİKLƏRİN İDARƏ EDİLMƏSİ
İçhak Kalderon Adizes

"Dəyişikliklərin idarə edilməsi" kitabı ilə bağlı təriflər (genişləndirilmiş və yenidən işlənmiş nəşr)
"Dr.Adizes tərəfindən yazılan məşhur "Dəyişikliklərin idarə edilməsi: təşkilati terapiyaya giriş" kitabının yeni nəşri idarəetmənin təkmilləşdirilməsi iləbağlı əvvəlki praktiki tövsiyələri təchiz edir. Bu kitab müstəsna hallarda davamlı nəticələri necə çatdırmaqla bağlı suallara cavab verir. Dr.Adizesin idarəçilikdəki səlis bilikləri bir müəllif kimi onun bacarıqları ilə üst-üstə düşür, nəticədə mən bu kitabın gələcək illər ərzində onun oxucuları arasında maraqlı müzakirələrə səbəb olacağına inanıram".
Kərim Məsimov, Qazaxıstan Respublikasının baş naziri

"Mən 20 il əvvəl Dr.Adizeslə bərabər işləməyə başladım. Onun metodologiyası əbədi olaraq qalır və istənilən yerdə, istənilən dönüş vəziyyəti üçün tətbiq edilir. Onun yenilənmiş klassik "Dəyişikliklərin idarə edilməsi" kitabının üslubu onun oxunaqlığını daha asan və əyləncəli vəziyyətə gətirir. Müdrik lider bu hikmətdən faydalanacaq".
Linn L. Elzenhans, "Sunoko və Sunoko Logistika" şirkətinin sabiq müdiri və baş icraçı direktoru

"İdeyalar, insanlar və təşkilatlar şirkətlərin qısa və uzunmüddətli uğurunu və uğursuzluğunu müəyyənləşdirir. Bu mükəmməl kitabda İçhak Adizes istənilən şirkəti və ya təşkilatı daha uğurlu hala gətirmək üçün lazım olan strategiya və taktikaları bizə öyrədir".
Den Meydan, "Applied materials" şirkətinin sabiq prezidenti

"Bu kitab şəxsi və təşkilati anlayışlarla dolu olan heyrətamiz bir kitabdır".
Filip Hamburger, Kolumbiya Hüquq Məktəbinin Moris və Hilda Fridman hüquq professoru

"Bu kitab hər dövlət xadiminin və korporativ liderin stolunun üstündə olmalıdır. Bu kitab sadəcə problemləri necə həll etmək və fürsətləri kapitallaşdırmaq üçün qiymətli bir mənbə deyil, o, həm də uğur qazanmaq üçün ilham verir".
Vujika Lazovic, Monteneqronun baş nazirinin müavini

"Mən Adizes metodundan 40 ildən çox istifadə etmişəm. Bu metod bizim üçün həmin müddət ərzində ticarətimizin həcmini illik təxminən 50 milyon dollardan 4 milyard dollara qaldıra bilmək üçün vasitəyə çevrilmişdir. Ölçüsündən asılı olmayaraq, hər bir təşkilat üçün vacib olan bütün intizam qaydalarını qəbul edən balanslaşdırılmış idarəçilik dərsləri bizim müvəffəqiyyətimizdə hərəkətverici qüvvəyə çevrilib".
Stüart Resnik, "Vondeful" şirkəti

"Klassik bir əsər necə bu qədər mükəmməl ola bilər? Onun təlimlərini dörddəbir əsrlik yeni təcrübələrin fonunda sınaqdan keçirin; onun anlayışlarını müxtəlif tədqiqat sahələrinə yayın; bu anlayışları müasir problemlərin qarşısında tətbiq edin. Bütün bunları Dr.Adizes "Dəyişikliklərin idarə edilməsi" kitabının bu genişləndirilmiş nəşrində həyata keçirmişdir. Bu kitab ticari liderlikdə konstruktiv liderliyi artırmaq üçün lazım olan bir modeldən daha çox şey təklif edir. Beynəlxalq münasibətlər, etika və sosial siyasətdə, öz-özünə və mənəviyyatda, ailə sistemləri və qrup dinamikasında, sülh tədqiqatları və münaqişə transformasiyasında bu, birbaşa dinamika ilə əlaqədardır. Burada anlayışın dərinliyi yalnız tətbiqetmənin yeni genişləndirilmiş forması - həqiqətən də heyrətamiz bir müvəfəqiyyətlə ötürülür".
Ceyson A.Sprinqs, Dini, Etnik və Sülh Tədqiqatları üzrə Assosiasiyanın professoru
Beynəlxalq Sülh Tədqiqatları üzrə Krok İnstitutu, Notr-Dam Universiteti

Azərbaycan dilində
ISBN: 978-9952-515-13-8
TEZLİKLƏ
BU KATEQORİYAYA AİD KİTABLAR
Harvard Business Review
ISBN: 9789952510997
Qiymət: 3.45 AZN
Səbətə
Harvard Business Review
ISBN: 9789952510935
Qiymət: 3.45 AZN
Səbətə
Harvard Business Review
ISBN: 9789952510942
Qiymət: 3.45 AZN
Səbətə
Harvard Business Review
ISBN: 9789952510683
Qiymət: 3.45 AZN
Səbətə
Harvard Business Review
ISBN: 9789952510911
Qiymət: 3.45 AZN
Səbətə