Özü-sözü gözəl uşaq

Özü-sözü gözəl uşaq
Mehtap Kayaoğlu

Uşaq böyütmək heç vaxt asan olmayıb.
Ata-ana olacağını ilk dəfə öyrənən şəxslərin ürəyindən keçənləri soruşsaq, ən çox eşitdiyimiz cavab belə olacaq: "Ya oğlan olsun, ya da qız, fərqi yoxdur. Təki əli-ayağı düz, özü-sözü gözəl olsun".
Ancaq di gəl ki, müasir ata-analar sanki cıdır yarışına dönmüş bu həyat şəraitində uşaq böyütmək üçün əlləşib-vuruşarkən insani keyfiyyətlərə malik, özü-sözü gözəl uşaq böyütməyə bir qədər laqeyd yanaşır.
Əlinizdə tutduğunuz "Özü-sözü gözəl uşaq" adlı bu kitab gülərüz, mərhəmətli, yardımsevər, doğrucul, vicdanlı və mehriban uşaq böyütməyin yollarını göstərir. İnsani xüsusiyyətlərə malik, psixoloji cəhətdən sağlam, tərbiyəli və dürüst uşaq yetişdirməyin əsas şərtləri konkret nümunələr əsasında izah edilir.
Bu kitabın dili o qədər təbii və sadədir ki, orada yazılanları tərbiyə prosesində tətbiq edərkən əsla çətinlik çəkməyəcəksiniz.
Elə isə yerinizi rahatlayıb oxumağa başlayın...


"Nə yaxşı ki, uşaqlar var. Uşaqlarımızla bağlı bütün istək və niyyətlərimiz onların yaxşılığı üçündür. Əziz valideynlər! Uşaqlarınızı elə tərbiyə edib böyüdün ki, gələcəkdə onların həyatına baxanda sevinib fərəhlənə biləsiniz. Olarmı?"

Azərbaycan dilində
ISBN: 9789952515121
Yumşaq üz qabığı
Ölçü: 148X210 mm
BU KATEQORİYAYA AİD KİTABLAR
Hatice Kübra Tonqar
ISBN: 9789952515091
Hatice Kübra Tonqar
ISBN: 9789952515077
Adəm Günəş
ISBN: 9789952513943