Qənaətcil startap

Qənaətcil startap
Erik Ris

"Erik əvvəllər yalnız incəsənətin hökm sürdüyü bir sahəni elmi baxımdan izah edib. Hər bir sahibkar və innovasiya ilə maraqlanan hər bir menecer bu kitabı mütləq oxumalıdır".
Mark Andrissen, "Andreessen Horowitz", "Opsware" və "Netscape" şirkətlərinin həmtəsisçisi

"Bu kitab həm sahibkarlar, həm də daha güclü sahibkarlıq instinktlərinə yiyələnmək istəyən menecerlər üçün zəruri ədəbiyyat olmalıdır. Risin kitabında möhtəşəm hekayətlər yer alıb. Hələ "kaş beş il əvvəl biləydim..." deyəcəyiniz saysız-hesabsız praktik prinsipləri demirəm..."
Den Hes, "Switch" və "Made to stick" kitablarının həmmüəllifi

"Ris bizə startapları əhatələyən qeyri-müəyyənlik dumanını necə yarıb keçməyi göstərdi. Onun yanaşması kəskin, tövsiyələri praktik və isbatlıdır. "Qənaətcil Startap" sahibkarlıqla bağlı düşüncələrimizi dəyişəcək. Startapların uğur səviyyəsi yüksəldikcə o, qlobal iqtisadi artımı son illər yazılmış istənilən menecment kitabından daha şiddətlə sürətləndirəcək".
Tom Eyzenmann, sahibkarlıq üzrə professor, Harvard Biznes Məktəbi

"Qənaətcil Startap" elə bir kitabdır ki, ondakı dərsləri bütün sahibkarların mənimsəməsini və tətbiq etməsini istəyirəm. Bilirəm ki, startapın uğur ehtimalını yüksəltmək məsələsində bundan daha yaxşı bir bələdçi yoxdur".
Miç Keypur, təsisçi, "Lotus Development Corp."

"Erikin "Asana"dakı məsləhətlərinin faydasını gördüyümüz üçün bəxtimiz gətirmişdi. Bu kitab vasitəsilə isə o, daha çox sahibkarın öz biznesi ilə bağlı çətin suallara cavab tapmasına kömək edəcək".
Dastin Moskovitz, "Facebook" və "Asana" şirkətlərinin həmtəsisçisi

"Risin möhtəşəm kitabı dövrümüzün mühüm liderlik problemi olan təşəbbüs göstərməyi və artımı idarə etməyi başa düşmək üçün əsas modeldir".
Uorren Benis, biznes üzrə professor, Cənubi Kaliforniya Universiteti, "Hələ də təəccüblənir: liderliklə keçən bir həyatın memuarı" kitabının müəllifi

Azərbaycan dilində
ISBN: 9789952520941
300 səhifə
Ölçü: 148X210 mm
BU KATEQORİYAYA AİD KİTABLAR
Harvard Business Review
ISBN: 9789952510997
Harvard Business Review
ISBN: 9789952510966
Robert.C.Allen
ISBN: 978-9952-310-94-8
Harvard Business Review
ISBN: 9789952510911