Uzaqdan gələn yağış

Uzaqdan gələn yağış
Varis

Yazıçı Varisin "Uzaqdan gələn yağış" romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir.
İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə - kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır.
Ən sevimli şagirdi olan Aylanın başına gələnlər Rəhilə xanımı daha çox dəhşətə gətirir. O, Ayla ilə İsmayılın taleyində bütün sevən gənclərin taleyinə təhlükə duyur. Rəhilə xanım zahirən xoşbəxt qadındır. Gözəl ailəsi, uşaqları, yaxşı işi var, çalışdığı məktəbdə hamı tərəfindən sevilir. Amma bu qadının heç kimlə bölüşmədiyi, içində ağır yük kimi gəzdirdiyi bir dərdi var - o, uğursuz ilk məhəbbətini hələ də unuda bilmir. Ona görə də çalışır ki, şagirdlərinə, illah da qızlara sevgi məsələsində düzgün yol göstərsin, onları mümkün yanlış addımlardan çəkindirsin. İstəyir ki, valideynlərə təsir edə bilsin, onların övladları da mələk kimi məsum Aylanın qandonduran nakam taleyini yaşamasın...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azərbaycan dilində
ISBN: 9789952520644
Yumşaq üz qabığı
224 səhifə
Ölçü: 130x205 mm
BU KATEQORİYAYA AİD KİTABLAR
Rafaella Barker
ISBN: 9789952515282
Emi Encel
ISBN: 9789952510676
Cüzeppe Katotsella
ISBN: 9789952310009
Məmməd İsmayıl
ISBN: 9789952494563
Patrik O'Brayan
ISBN: 9789952510560