Bir ildən Yüz ilə

Bir ildən Yüz ilə
Dilqəm Əhməd

Kitabda Azərbaycan Cümhuriyyəti və Azərbaycan siyasi mühacirəti ilə bağlı ilk dəfə üzə çıxarılan materiallar toplanıb. Bu materiallar müəllifin Türkiyənin İstanbul, Ankara, İzmir şəhərlərindəki kitabxanalarda, arxivlərdə çalışması nəticəsində əldə edilib, bəziləri isə ayrı-ayrı kolleksionerlərdən satın alınıb.
Burada oxucular Azərbaycan Cümhuriyyətinin hökumət və parlament üzvlərinin, eləcə də bolşevik işğalı nəticəsində qürbətdə yaşamağa məcbur olan digər ictimai-siyasi xadimlərin mühacirət həyatı ilə bağlı yeni məlumatlarla, Məhəmmədəmin Rəsulzadə, Məhəmmədsadıq Aran, Əhməd Həmdi Qaraağazadə, Xəlil bəy Xasməhəmməd, Miryaqub Mirmehdizadə, Abbasqulu Kazımzadə, Mirzəbala Məhəmmədzadə, Xosrov Sultanzadə, Məhəmməd Altunbay və başqaları haqqında maraqlı məqalələrlə tanış olacaqlar.
İstanbulda yerləşən, Cümhuriyyət xadimlərinin əksəriyyətinin dəfn olunduğu Fəriköy İslam məzarlığı haqda məlumatlar, orada dəfn edilən azərbaycanlı mühacirlərin siyahısı, onlar barədə unikal bilgilər ilk dəfə işıq üzü görür. Kitabda müəllifin mühacirlərin ailə üzvlərindən aldığı müsahibələr də yer alır. Təqdim olunan fotoşəkillərin əksəriyyəti müəllifin şəxsi kolleksiyasındandır.

Azərbaycan dilində
ISBN: 9789952310474
Yumşaq üz qabığı
232 səhifə
Ölçü: 145x205 mm
MÜƏLLİFİN KİTABLARI
Dilqəm Əhməd
ISBN: 9789952513967
Dilqəm Əhməd
ISBN: 9789952494686
BU KATEQORİYAYA AİD KİTABLAR
Əkbər N. Nəcəf
ISBN: 9789952494525
Şahin Fazil
ISBN: 9789952494617
Xaləddin İbrahimli
ISBN: 9789952494570
Həsən Həsənov
ISBN: 9789952515329