Ququ yuvası üzərindən uçuş

Ququ yuvası üzərindən uçuş
Ken Kizi

Ken Kizi "Ququ yuvası üzərindən uçuş" əsəri ilə Amerika ədəbiyyatının misilsiz nümunəsini yaradıb. Həm komik, həm də tragik çalarlarla zəngin olan roman sağlam məntiqlə psixi pozğunluğun sərhədlərini araşdırır.
Yazıçı Oreqondakı psixiatriya xəstəxanalarından birinin həyatsevər, asi pasiyenti Rəndl Patrik Makmörfi ilə amiranə baş tibb bacısı Rətçed arasında açıq toqquşmanı özünəməxsus, qeyri-adi təhkiyə ilə nəql edir. Makmörfinin baş tibb bacısı və onun qoruduğu qaydalarla mübarizəsi qısa zaman ərzində yüngül atışmadan ağır fəsadlara gətirib çıxaran amansız hakimiyyət çəkişməsinə çevrilir. Roman xəstəxanada hamının lal-kar bildiyi "Başçı" ləqəbli Bromdenin dilindən nəql olunur. Hindu əsilli Başçı bütün pasiyentləri həbsxana rejimində saxlayan inzibati sistemə qarşı çıxan Makmörfinin qəhrəmanlığını görür və anlayır. Ken Kizinin 1962-ci ildə nəşr edilmiş bu dağıdıcı romanı müasir ədəbiyyatımızda silinməz izlər buraxıb.

Azərbaycan dilində
ISBN: 978-9952-310-29-0
BU KATEQORİYAYA AİD KİTABLAR
Mixail Bulqakov
ISBN: 978-9952-310-74-0
Əhməd Midhət Əfəndi
ISBN: 978-9952-513-80-6
Rəcaizadə Mahmud Əkrəm
ISBN: 9789952513882
Teodor Drayzer
ISBN: 978-9952-310-36-8
TEZLİKLƏ
Cek London
ISBN: 978-9952-310-34-4
TEZLİKLƏ