Qanbay Qasımlının xəfiyyələri
Qanbay Qasımlının xəfiyyələri
Bu kəndin dincliyi məktəb direktorunun meşəbəyi işləyən gənc oğlunun müəmmalı
şəkildə yoxa çıxması ilə pozulur. Rayonun hüquq-mühafizə orqanları Ərşad adlı bu
gəncin axtarışına başlayırlar. Onun meyiti və ayağından güllə ilə vurulmuş yaralı
iti heç kimin çıxmağa cürət etmədiyi “Qartal zirvəsi” deyilən yerdə tapılır.
Araşdırmaların gedişində isə daha dəhşətli faktlar üzə çıxır. Məlum olur ki, 22
yaşlı meşəbəyi kənd camaatının 73 ildən bəri axtardığı və müqəddəs saydığı bir
qəbri – Qaçaq Mustafanın haqqında əfsanələr dolaşan sirli məzarını tapıbmış. Bu
sirri ondan başqa da kimsə bilib. Meşəbəyi öldürüləndən sonra baş verən daha bir
qətl isə artıq hamını vahiməyə salır. Bu dəfə rayon polis şöbəsi cinayət-axtarış
bölməsi rəisinin yeganə oğlu öldürülür. Bu ərköyün gəncin meyitini zibilliyə
atırlar. Bəs qatil, yaxud qatillər kimdir? Bakıdan həmin rayona qonaq getmiş iki
gənc detektiv qətllərin izinə düşür. Bu izlər onları eyni bir adama doğru və eyni
ünvana aparır. Həmin adam oğlu öldürülən polis zabitinin əlaltısı, ünvan isə Qaçaq
Mustafanın xeyli qızıl basdırılmış məzarıdır...
BU KATEQORİYAYA AİD KİTABLAR