Şəxsi bir otaq

Şəxsi bir otaq
Virciniya Vulf

Qadınların arasından niyə Şekspir kimi yazıçı çıxmayıb? Nə üçün cinslərdən biri bu qədər zəngin ikən digəri çox yoxsuldur? Yoxsulluğun ədəbiyyata təsiri nədir? Sənət əsəri yaratmağın əsas şərtləri nələrdir?

Bu suallara cavab axtaran Virciniya Vulfun “Qadınlar və ədəbiyyat” məqalələri əsasında yazılmış “Şəxsi bir otaq” kitabı 1929-cu ildə, İngiltərədə qadınlara seçki hüququ verən qanunun qəbulundan bir il sonra çap edilib. Müəllif əsərdə XVI əsrdən bəri qadının cəmiyyətdəki sosial mövqeyini, ədəbiyyatdakı rolunu araşdırır, mübahisəyə səbəb olan sualları cavablandıraraq “qadına yazmaq üçün pul vəəxsi otaq lazımdır” qənaətinə necə çatdığını izah edir. Mövzuya ikinci dərəcəli məsələ kimi yanaşmayan yazıçı qadınlara çıxış yolu göstərir: “Sizdən xahiş edirəm, hər növ kitablar yazın. Heç bir mövzudan çəkinməyin...”

Azərbaycan dilində
ISBN: 978 9952 313 82 6
Yumşaq üz qabığı
216 səhifə
Ölçü: 105x160 mm
BU KATEQORİYAYA AİD KİTABLAR
Boris Pasternak
ISBN: 9789952515435
Arkadi və Boris Struqatski
ISBN: 9789952515466