Evini də sahmana sal, həyatını da

Evini də sahmana sal, həyatını da
Mari Kondo
Səliqə-sahman üzrə tanınmış yapon məsləhətçisi, bu işin mahir bilicisi Mari Kondonun “Səliqə-sahmanın həyatımızı dəyişən möcüzəsi” kitabı bütün dünyada insanların həyatında və evlərində əsl inqilab yaratdı. İndi isə “Evini də sahmana sal, həyatını da” adlı bu master-klass vəsaitində müəllif “KonMari metodu”nu ətraflı şəkildə və illüstrasiyalarla təsvir edir, əşyaların kateqoriyalar üzrə saf-çürük edilməsi, köynəklərdən başlamış corablara qədər bütün paltarların qatlanması və onların, həmçinin digər əşyaların siyirmə və rəflərə yerləşdirilməsi üsullarını izah edir. Mari Kondo bu kitabında həm də tez-tez verilən sualları cavablandırır, o cümlədən “çox vacib”, lakin sevinc bəxş etməyən əşyalarla bağlı məsləhətlər verir. Bu hərtərəfli master-klass vəsaiti mətbəx avadanlıqları, təmizlik ləvazimatları, hobbi əşyaları və rəqəmsal fotoşəkillər də daxil olmaqla, hər şeylə bağlı dəyərli tövsiyələr sayəsində evinizi də sahmana salacaq, həyatınızı da...
Azərbaycan dilində
ISBN: 978 9952 532 28 9
356 səhifə
Ölçü: 125X185 mm
TEZLİKLƏ
BU KATEQORİYAYA AİD KİTABLAR
Entoni Robbins
ISBN: 978 9952 532 319
TEZLİKLƏ
Nadir Adilov
ISBN: 978-9952-313-56-7
Mett Heyq
ISBN: 978-9952-310-14-6
Nataniel Brenden
ISBN: 978 9952 313 57 4
Eylin Keddi
ISBN: 978-9952-310-91-7