Hüdudsuz güc

Hüdudsuz güc
Entoni Robbins

Entoni Robbins bunu “şəxsi nailiyyət haqqında yeni elm” adlandırır. Siz isə bunu “indiyədək qarşılaşdığınız ən yaxşı şey” adlandıracaqsınız. Əgər nə vaxtsa daha yaxşı həyat xəyal etmisinizsə, “Hüdudsuz güc” sizə arzuladığınız və layiq olduğunuz fövqəladə keyfiyyətli həyata nail olmağın, eləcə də şəxsi və peşəkar həyatınızı idarə etməyin yollarını göstərəcək. Entoni Robbins öz kitabları, lent yazıları və seminarları vasitəsilə milyonlarla insana sübut edib ki, zehninizin, düşüncənizin gücündən istifadə etməklə həyatınız üçün istədiyiniz hər şeyi edə, ona malik ola, onu yarada və əldə edə bilərsiniz. O, ölkə rəhbərlərinə, olimpiya oyunları iştirakçılarına və peşəkar idmançılara, kinoulduzlara və uşaqlara hədəfə necə nail olmağın yollarını göstərir. O, şəxsi nailiyyət haqda elmi “Hüdudsuz güc” vasitəsilə coşğunluqla aşkara çıxarır və sizə aşağıdakıları öyrədir:

• əslində nə istədiyinizi üzə çıxarmağın yollarını

• uğurun yeddi yalanını

• qorxu və fobiyaları bir neçə dəqiqə ərzində aradan qaldırmaq üçün beyninizi yenidən proqramlaşdırmağın yollarını 

• görüşdüyünüz istənilən şəxslə dərhal qarşılıqlı münasibət yaratmağın sirlərini

• başqasının uğurlarını təkrarlamağın yollarını

• zənginliyin və xoşbəxtliyin beş açarını

“Hüdudsuz güc” beyin üçün inqilabi fitnes kitabıdır. Bu kitab sizə emosional və maliyyə azadlığı əldə edərkən, liderliyə, özgüvənə və digərləri ilə əməkdaşlığa nail olarkən yüksək bacarıq nümayiş etdirməyin yollarını addım-addım göstərəcək. Bu kitab özünüzü və dünyanızı kökündən dəyişmək üçün sizə bilgi və cəsarət verəcək. “Hüdudsuz güc” uğur erasında yüksək performans üçün bir bələdçidir.

Azərbaycan dilində
ISBN: 978 9952 532 319
500 səhifə
Ölçü: 140X210 mm
TEZLİKLƏ
BU KATEQORİYAYA AİD KİTABLAR
Eylin Keddi
ISBN: 978-9952-310-91-7
Nadir Adilov
ISBN: 978-9952-310-51-1
Mari Kondo
ISBN: 978 9952 532 28 9
TEZLİKLƏ
Nadir Adilov
ISBN: 978-9952-313-56-7