Keşiş evində qətl
Keşiş evində qətl
Miss Ceyn Marpl sadə, kiçik bir ingilis kəndində
qız qarımış yaşlı bir ledidir. Arabir nəsə toxuyur,
kiməsə bağışlayır, kiçik bağçasında qurdalanır, xırda
xeyriyyə tədbirlərində iştirak edir. Və iş elə gətirir ki,
bu adi məişət qayğılarının arasında cinayət işini də
açır. Çünki onun güclü müşahidə qabiliyyəti, bir də
əksəriyyətə ilk baxışdan qəribə görünən, lakin çox
güclü məntiqi var.
Miss Marplın qonşuluğunda – kənd vikarisinin evində
qətl hadisəsi baş verib: kənddə az qala hamının nifrət
etdiyi polkovnik Protero öldürülüb. Az qala hamıdan
şübhələnmək olar, xüsusən də ev sahibindən. Çünki
bundan az əvvəl vikari ağzından bir söz qaçırıbmış.
Polis vurnuxmadadır: birini dindirir, o birini həbs edir.
Miss Marpl hadisənin təfərrüatlarını ordan-burdan eşidir,
lakin ayrı-ayrı faktları cinayətin açılmasına gətirib çıxaran
məntiqi ardıcıllıqla düzməyi bacarır...
Azərbaycan dilində
ISBN: 978-9952-532-84-5
Yumşaq üz qabığı
380 səhifə
Ölçü: 120x185 mm
Qiymət: 7.90 AZN
BU KATEQORİYAYA AİD KİTABLAR