Daxil ol

Qeydiyyat

Adı *
Soyadı *
Email *
Ölkə *
Şəhər *
Ünvan *
Poçt indeksi *
Tel. *
Şifrə *
Şifrəni təkrar daxil edin *

İqtisadi və sosial coğrafiyanın əsasları

İqtisadi və sosial coğrafiyanın əsasları
Çingiz İsmayılov

Ali məktəblər üçün dərslik, ikinci nəşr

"İqtisadi və sosial coğrafiyanın əsasları" bu sahədə Azərbaycan dilində hazırlanan ilk dərslik olaraq, tələbələrə lazımi biliklərin əldə edilməsində kömək edəcəkdir. Məzmunca mürəkkəb, planetar miqyaslı məsələləri əhatə edən bu dərsliyin hazırlanmasının əsas məqsədi tələbələri insanın məkanda fəaliyyət xüsusiyyətləri haqqında biliklərlə təmin etməkdir.

Dərslikdə iqtisadi və sosial coğrafiyanın elmi əsasları və inkişaf istiqamətləri göstərilmişdir. Görkəmli alimlərin ideya və nəzəri baxışlarının təhlilinə xüsusi diqqət yetirilmişdir. Dərsliyin hazırlanmasında müxtəlif fənlərə aid (fiziki coğrafiya, iqtisadiyyat, sosiologiya, siyasət, tarix, ekologiya, geologiya və s.) ədəbiyyatdan geniş istifadə edilmişdir.

Əsasən ali məktəb tələbələri üçün nəzərdə tutulan dərslik coğrafiya müəllimləri və bu sahə ilə maraqlanan geniş oxucu kütləsi üçün də faydalı ola bilər.

"Dərslik Azərbaycan dilində ilk dəfə təqdim olunmaqla, tələbələrə bu sahədə lazımi biliklərin əldə edilməsində yaxından kömək edəcək. Müəllif gündəmdə olan miqyasca geniş, məzmunca mürəkkəb problemləri kifayət qədər sadə dildə qələmə alaraq, insanın məkanda fəaliyyətinin fərqli cəhətlərini ətraflı izah etmişdir. Bu dərslik tələbələrlə yanaşı coğrafiya müəllimləri, iqtisadi və sosial coğrafiya ilə maraqlanan mütəxəssislər və geniş oxucu kütləsi üçün də çox dəyərli kitab hesab edilə bilər".
Akademik Asəf Nadirov

"Professor Çingiz İsmayılovun elmi-metodik və praktik baxımdan yüksək səviyyədə yazılmış bu kitabı bəzi yenilikləri ilə, əslində, İqtisadi və Sosial Coğrafiya elminin dinamikliyini, üstünlüklərini və müasir inkişaf meyillərini bir daha göstərən işıq yandırmışdır".
Professor Arif Salmanov

"Coğrafiyanın bu sahəsi çox dinamik bir sahə olduğundan, iqtisadi coğrafiyaya dair yeni nəzəriyyələr, elmi baxışlar və yeni məlumatların tələbələrə çatdırılması çox vacib məsələdir. Bu baxımdan, Çingiz İsmayılovun müəllifi olduğu bu vəsaitin tələbələr üçün çox dəyərli dərslik olacağına heç bir şübhə yoxdur".
Professor Mehrəli Fərzəliyev

"Coğrafiya elminin əsas aparıcı sahələrindən olan, cəmiyyətlə təbiət elmlərinin qarşılıqlı əlaqədə olduğu iqtisadi coğrafiyanın nəzəri məsələlərinin öyrənilməsinə həsr olunmuş dərslik bu sahəni tədris edən müəllimlər, sahə mütəxəssisləri, eləcə də, uyğun ali təhsil alan tələbələr üçün olduqca vacib və sanballı metodik vəsaitdir".
Dosent Nəriman Paşayev

Azərbaycan dilində
ISBN: 9789952494549
Yumşaq üz qabığı
160 səhifə
Ölçü: 170x240 mm
Qiymət: 11.50 AZN
Səbətə
MÜƏLLİFİN KİTABLARI
Çingiz İsmayılov
Aydın İbrahimov
Nərminə Süleymanova
ISBN: 9789952494747
Qiymət: 11.50 AZN
Səbətə
BU KATEQORİYAYA AİD KİTABLAR
Çingiz İsmayılov
Aydın İbrahimov
Nərminə Süleymanova
ISBN: 9789952494747
Qiymət: 11.50 AZN
Səbətə