Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti

Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti

  Sitarə Mirmahmudova

Bu kitab Ermənistan SSR ərazisində Azərbaycan mənşəli oykonimlərin ilk tədqiqatçısı Sitarə Mirmahmudovanın (1927-1991) namizədlik dissertasiyası (1986) əsasında hazırlanmışdır. Həmin mövzu günümüzədək öz aktuallığını itirməyib. Müəllif minədək yaşayış yer adını tədqiq edərək sistemləşdirmiş, təsnifatını apararaq, toponimik xəritələr tərtib etmiş və müəyyənləşdirmişdir ki, Ermənistanda sovet hakimiyyəti qurulandan sonra, xüsusilə də 1930-cu illərdən başlayaraq, Ermənistan SSR ərazisində Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi və onların erməni adları ilə əvəz olunması siyasəti həyata keçirilmişdir.

Sitarə Mirmahmudova yox olmaqla üz-üzə qalan xeyli sayda Azərbaycan mənşəli toponimini bir yerə toplayaraq toponimik fonda daxil etmişdir. Müəllif oykonimlərin yayılmasını qədim zamanlardan Cənubi Qafqazda məskunlaşmış türk xalqlarının tarixi ilə sıx və qırılmaz əlaqəli şəkildə araşdırmışdır. Ermənistan ərazisində rast gəlinən bir çox oykonimlərin, o cümlədən etnonimik oykonimlərin Azərbaycanda çoxsaylı paralelləri var. Bu da öz növbəsində həmin ərazinin tarixi Azərbaycan torpaqlarının, türk xalqlarının geniş yayılma arealının ayrılmaz hissəsi olduğunu bir daha sübut edir.

Azerbaijan Language

ISBN: 9789952494709
Hardcover
392 pages
Dimensions: 160x237 mm
BOOKS OF CATEGORY
Aydın Əsgərov
ISBN: 9789952494754
Oljas Süleymenov
ISBN: 9789952510805
Oljas Süleymenov
ISBN: 9789952494815
Oljas Süleymenov
ISBN: 9789952494808
Oljas Süleymenov
ISBN: 9789952510898