Odlar yurdu

  • Odlar yurdu
    Odlar yurdu
    Odlar yurdu

Odlar yurdu

Kitab 1920-1945-ci illərdə Azərbaycan mühacirətinin siyasi tarixinə və onun təmsilçilərinin ölkəmizin və bütövlükdə Qafqazın müstəqilliyinin bərpası uğrunda mübarizəsinə həsr edilib.

Mühacirətdə olan siyasi partiya və təşkilat rəhbərlərinin o dövrdə Azərbaycanın və Qafqazın digər respublikalarının müstəqilliyinin bərpasına maraq göstərən Avropa dövlətlərinin rəsmi və qeyri-rəsmi nümayəndələri ilə qarşılıqlı münasibətinə xüsusi diqqət yetirilib.
Kitabda əksəriyyəti müəlliflər tərəfindən elmi dövriyyəyə ilk dəfə daxil edilən qiymətli arxiv materialları əsasında ozamankı Azərbaycan siyasi mühacirətinin geniş mənzərəsi təsvirolunub.

Əsəri eyni mövzulu başqa əsərlərdən fərqləndirən əsas xüsusiyyət odur ki, burada Əlimərdan bəy Topçubaşının tədqiqatçılar üçün yalnız bu yaxınlarda açılan, əhəmiyyətli sənədlərlə zəngin olan Paris arxivinin materiallarından ilk dəfə və əhatəli şəkildə istifadə edilib. Eləcə də ağır şəraitdə fəaliyyət göstərən Azərbaycanın siyasi partiya və təşkilat nümayəndələrinin Qafqazın digər xalqlarının təmsilçiləri ilə əlaqəli şəkildə çalışaraq təşkilati qurumlar yaratmağa və aktuallığını indiyədək itirməyən inteqrasiya layihələri işləyib hazırlamağa necə nail olmaları barədə ətraflı söhbət açılıb.

Əsərin sanballı mənbə kimi mütəxəssislər, müəllim və tələbələr, eləcə də tariximizin qeyd edilən dövrü ilə maraqlanan geniş oxucu kütləsi üçün son dərəcə qiymətli olacağına şübhə yoxdur.

Azərbaycan dilində

Giorgi Mamulia
Ramiz Abutalıbov

ISBN: 9789952494723

Yumşaq üz qabığı

464 səhifə

Ölçü: 145x210 mm

Qiymət: 16.80 AZN

BU KATEQORİYAYA AİD KİTABLAR

1-ci Dünya müharibəsinin şəkilli tarixi kitabı, əsəri, nəşri, çap məhsulu

1-ci Dünya müharibəsinin şəkilli tarixi

Endryu Uist
ISBN: 9789952510652
Qiymət: 23.80 AZN
Ətraflı »
2-ci Dünya müharibəsinin şəkilli tarixi kitabı, əsəri, nəşri, çap məhsulu

2-ci Dünya müharibəsinin şəkilli tarixi

Ouen But
Con Uolton
ISBN: 9789952510669
Qiymət: 23.80 AZN
Ətraflı »
Azərbaycan Cümhuriyyəti tələbələri kitabı, əsəri, nəşri, çap məhsulu

Azərbaycan Cümhuriyyəti tələbələri

Ədalət Tahirzadə
Oğuztoğrul Tahirli
ISBN: 9789952494556
Qiymət: 35.00 AZN
Ətraflı »
Azərbaycan Gündəliyi kitabı, əsəri, nəşri, çap məhsulu

Azərbaycan Gündəliyi

Tomas Qolts
ISBN: 9789952310160
Qiymət: 16.00 AZN
Ətraflı »
Azərbaycan mühacirəti tarixi kitabı, əsəri, nəşri, çap məhsulu

Azərbaycan mühacirəti tarixi

Xaləddin İbrahimli
ISBN: 9789952494570
Qiymət: 8.40 AZN
Ətraflı »