Cənnətin qılıncları

Cənnətin qılıncları
Lesli Blanş

Lesli Blanşın "Cənnətin qılıncları" əsəri Qafqaz motivləri üzərində qurulmuş tarixi romandır. Müəllif bölgənin Rusiya tərəfindən işğal edilməsi kampaniyasını bu proseslə bağlı olayların o dövrün siyasi çəkişmələrinin kontekstində, ictimai-siyasi və mədəni mühitləri təsvir və müqayisə etməklə yanaşı, Mürid müharibələri dövrünün məşhur fiqurlarının portretini yaradıb.

Şamil nəhəng Rusiya imperiyasına qarşı inanılmaz dərəcədə sarsılmaz və davamlı mübarizə apararaq ona kəskin zərbələr vurmuşdur. Təxminən 600 min rusiyalının məhvinə səbəb olmuş və təxminən 40 il davam etmiş bu mübarizədə Dağıstan Aslanı kimi təqdim olunan böyük sərkərdə Şeyx Şamilin uğurlarının başlıca səbəbi, insan kimi fərdi xüsusiyyətləri, ailə həyatı, ömrünün ruslara təslim olduqdan sonrakı hissəsi və digər başqa, olduqca maraqlı mövzular kitabda geniş əks olunmuşdur.

L.Blanş bu əsərdə gah tarixçi, gah mədəniyyətşünas, gah da ədib kimi görünür: bəzən yurdumuzda bələdçimizə oxşayacaq; bəzən ədəbi tənqidçi olub Qafqazla bağlı əsərləri saf-çürük edəcək; hətta oxucunu bu bölgədə baş vermiş hadisələrdən ilhamlandırıb yeni bir əsər yaratmağa həvəsləndirəcək, hazır süjet formulları, ideyaları verəcək birisinə. Məqsəd aydındır: Yazıçı hadisələri, mühiti fraqment kimi deyil, küll halında təqdim etməyə çalışıb.

Müəllif əsərdə Şərq, rus və Avropa ədəbiyyatından, müxtəlif səyahətnamələrdən, o dövrün canlı şahidlərinin xatirələrindən, əsas iştirakçılarının nəvə-nəticələrinin söhbətlərindən romanı daha maraqlı və oxunaqlı edəcək xeyli sitat gətirib.

Dəyərli oxucu kifayət qədər maraqlı olan bu əsərdən olduqca böyük zövq alacaq.

Azərbaycan dilində
ISBN: 9789952494761
Yumşaq üz qabığı
568 səhifə
Ölçü: 147x210 mm
MÜƏLLİFİN KİTABLARI
Лесли Бланш
ISBN: 9789952510641
BU KATEQORİYAYA AİD KİTABLAR
Kazuo İsiquro
ISBN: 9789952520811
TEZLİKLƏ
Məmməd İsmayıl
ISBN: 9789952494563
Pol Oster
ISBN: 9789952520774
TEZLİKLƏ
Emi Encel
ISBN: 9789952513691
Patrik O'Brayan
ISBN: 9789952510560