Azərbaycanın bitki aləmi

Azərbaycanın bitki aləmi
Aydın Əsgərov

Kitab bütövlükdə Azərbaycanın zəngin və rəngarəng bitki aləminə həsr olunmuş, Azərbaycan dilində yazılmış ilk fundamental əsər hesab edilə bilər. Kitaba müəllifin 1970-ci ildən indiyədək apardığı tədqiqatlar nəticəsində müəyyən etdiyi 250 cinsə aid 900-dən çox yeni takson daxil edilmişdir.

Burada bütövlükdə 159 fəsilə və 1.117 cinsə aid 4.961 ali bitki növü, o cümlədən respublikamızın yabanı florasında yayılması müəyyən edilmiş 4.557 növ haqqında müfəssəl məlumat verilir.

Kitabda Azərbaycanda təbii bitən 1.500 növdən çox qida əhəmiyyətli, eləcə də dərman, efir yaglı, vitaminli, yabanı tərəvəz, boya və başqa sahələrdə istifadə oluna bilən bitkilərin arealı, faydalı xüsusiyyətləri və istifadə perspektivləri barədə biliklər, bu zəngin sərvətdən səmərəli istifadə yolları verilmişdir.

Əsər Azərbaycanın bitki aləmi, xüsusən onun yabanı biomüxtəlifliyi sahəsində çalışan mütəxəsislər, botaniklər, ekoloqlar, eləcə də ali məktəblərin biologiya, ekologiya fakültələrinin tələbələri və Azərbaycan təbiəti ilə maraqlananlar üçün dəyərli vəsaitdir.

Azərbaycan dilində
ISBN: 9789952494754
Bərk üz qabığı
444 səhifə
Ölçü: 205x260 mm
BU KATEQORİYAYA AİD KİTABLAR
Oljas Süleymenov
ISBN: 9789952494815
Oljas Süleymenov
ISBN: 9789952510805
Hans Morgentau
ISBN: 978-9952-515-24-4
Oljas Süleymenov
ISBN: 9789952494808
Oljas Süleymenov
ISBN: 9789952510898