Tədbirlər

"Bugünün marketinqi 3" kitabının təqdimat-imza günü keçiriləcək
11 mart, saat 19:00-da, Elmlər Akademiyası ilə üzbəüz yerləşən LİBRAFF mağazasında "Bugünün marketinqi 3" kitabının təqdimat- imza günü keçiriləcək. Tədbirdə kitabın müəllifləri olan 42 nəfər peşəkar marketoloqlar iştirak edəcək. 
"Şeyx" kitabının imza günü keçiriləcək
9 mart, saat 16:00-da, Gənclik Mall-da yerləşən LİBRAFF mağazasında yazıçı Sahilə YAYA-nın "Şeyx" romanının imza günü keçiriləcək. 
Elxan Elatlının Bakı Kitab Mərkəzində imza günü keçiriləcək
2 mart, saat 17:00-da sevilən yazıçı Elxan Elatlının Bakı Kitab Mərkəzində imza günü keçiriləcək. Tədbirdə Elxan Elatlının Teas Press Nəşriyyatı tərəfindən çap olunan kitabları müəllif tərəfindən imzalanacaq.  
"Ömürlük hədiyyə" kitabının müzakirəsi keçiriləcək
13 fevral, saat 16:00-da Teas Press Nəşriyyat evinin hamilələr və gənc analar üçün çap etdiyi "Ömürlük hədiyyə" kitabının "Babymama" mərkəzində müzakirəsi keçiriləcək. Seminar formatında olan görüşdə hamilələr və gənc analarla yanaşı, kitabın ixtisas redaktoru tibb üzrə fəlsəfə doktoru Sitarə Haqverdiyeva da iştirak edəcək. Müzakirənin əsas mövzusu ana südünün faydalarıdır. 
"İvon Bottonun arzuladığı həyat" kitabının imza günü keçiriləcək
9 fevral, saat 17:00-da, Gənclik Mall-da yerləşən LİBRAFF mağazında "İvon Bottonun arzuladığı həyat" kitabının müəllifi Şain Sinarianın imza günü keçiriləcək.