Zəhra Bədəlbəylinin ˝В твоих руках˝ kitabının təqdimat mərasimi keçirilib
30.09.2018

1 oktyabr – Beynəlxalq Musiqi günü, Bakı Muğam Mərkəzində şairə və pianoçu Zəhra Bədəlbəylinin yeni şeir kitabının təqdimat mərasimi keçirilib.
 
Təqdimat zamanı kitab üçün yeni çəkilən, yaxın zamanda Beynəlxalq kino festivallarında iştirak edəcək, film nümayiş olunub.
 
Filmin rejissoru Orxan Fuladi, ssenari müəllifi Zəhra Bədəlbəyli və Mik Blumdur. Baş rollarda Elnarə Rəsulova, Elşad Rəhimov, Abbas Rəhimov çəkilib.
 
Tədbir zamanı kitabdan şeirlər  səsləndirilib.
Çıxış edənlər: Elnarə Həsənli, aparıcı: Natella Həsənova, radio-aparıcı: Nərgiz Tahirova, şair: Rasim Bədəlbəyli, aktyorlar: Turqay Məhərrəmov, Oleq Əmirbəyov və Maksud Məmmədov.
Musiqi – Skripkaçı: Ceyla Səyidova, pianoçu: Səidə Tağızadə, pianoçu: Zəhra Bədəlbəyli, violonçelist: Aleksey Maltıx, məhşur pianoçu: İsfar Sarabskiy.
 
Kitabda təsvir olunan illustrasiyalar Ləman Yusifliyə aiddir. Kitab TEAS PRESS Nəşriyyat evi tərəfindən nəşr olunub. Libraff kitab mağazaları və Baki Kitab mərkəzindən əldə edə bilərsiniz.