˝5İ-uğur düsturu˝ kitabı tezliklə TEAS PRESS-də
09.10.2018

33 yaşlı Arzu Qafarlı şəxsi inkişaf və biznes sahəsində üçüncü kitabını çap etməyə hazırlaşır. O, İqtisad Universitetini bitirib, müxtəlif layihələrin təşkilatçısı və rəhbəri olub. Şəxsi inkişaf və biznes sahəsində çoxsaylı təlimlər keçib. Bir çox sahibkarlara marketinq və satış sisteminin qurulmasında dəstək verib. Reklam, bank, restoran və hotel şəbəkələri sahəsində peşəkar təcrübəsi var. Ali məktəblərdə bu sahəyə aid mühazirələr oxuyur. 
 
Müəllifin yeni kitabı  “5İ – uğur düsturu” adlanır və kitabdan yararlanan hər kəsi yaşadığı zamanı dəyərləndirməyə, vaxtın qədrini bilməyə çağırır. O, əzmkarlıq və böyük ruh yüksəkliyi sayəsində hər bir insanın uğur qazanacağına inanır: 
“Əminliklə deyə bilərəm ki, daxili inam və istək bu işdə sizə yardımçı olacaq. Siz güclüsünüz və bunu hamıya sübut edə bilərsiniz. Uğur qazanmağı bütün qəlbinizlə istəməyiniz yetər!”
 
"5İ-uğur düsturu" kitabı TEAS Press Nəşriyyat evi tərəfindən nəşr olunacaq.