˝Ivon Bottonun arzuladığı həyat˝ kitabının imza günü keçirilib
08.02.2019

Teas Press Nəşriyyatı tərəfindən çap olunan "Ivon Bottonun arzuladığı həyat" kitabının imza mərasimi keçirilib. Kitabın müəllifi Şain Sinaria uzun müddətdir Fransada yaşayır və bu kitabı ərsəyə gətirmək üçün bir aydan çox müddətdə İvon nənənin evində yaşayıb. Haqqında bəhs olunan İvonno nənə sevdiyi azərbaycanlı əsgərə görə doğma Monako knyazlığını tərk edərək İmişliyə gəlin gəlir. Onun yaşadığı çətinliklərlə dolu həyatı oxucuya təsirsiz ötüşmür. 

Kitab həm Azərbaycan həm də Fransız dillərindədir.